Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 02Май
    Xəbərlər Комментарии к записи İlham Əliyev Avrasiya Yəhudi Konqresinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ümumdünya Yəhudi Konqresinin, Avrasiya Yəhudi Konqresinin və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbərlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.

    Dövlətimizin başçısı Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərinin ölkəmizə geniş tərkibdə səfərinin əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev əsrlər boyu ölkəmizdə müxtəlif xalqların, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığını vurğulayaraq, bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoqun uğurla həyata keçirildiyi bir ölkə kimi tanındığını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdə sivilizasiyalararası əlaqələrin təmin edilməsi işinə böyük töhfə verdiyini dedi. Daha ətraflı »

  • 02Май
    Xəbərlər Комментарии к записи Türkiyənin İzmir şəhərində “Azərbaycan Günü” keçirilib отключены

    Avropa Birliyinin “Erasmus Plus” proqramı çərçivəsində Türkiyə Ulusal Ajansının dəstəyi, AKDER Təşkilatının təşkilatçılığı, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə İzmir şəhərində beynəlxalq layihənin icrasına başlanılıb. 6 ölkənin (Bosniya və Herseqovina, Makedoniya, Bolqarıstan,Albaniya, Türkiyə və Azərbaycan) təmsil olunduğu “Pieces of some Puzzle” layihəsi 26 may tarixindən start götürüb və 6 may tarixinədək davam edəcək.

    Layihə gənclər arasında multikulturalizm ideyalarının təbliğ olunması məqsədi daşıyır.
    Layih
    ə çərçivəsində “İzmir Azərbaycan Kültür və Dayanışma Derneği” və “Odlar Yurdu” GİB-in birgə təşkilatçılığı ilə “Azərbaycan Günü” təşkil edilib.

    Dərnəyin rəhbəri açılış nitqi söyləyib və gənclərlə işin, gənclər siyasətinin bütün dünyada o cümlədən Türkiyədə əhəmiyyətini vurğulayıb. Azərbaycan Türkiyə münasibətlərinə toxunub. Daha ətraflı »

  • 02Май
    Xəbərlər Комментарии к записи Məktəblərdə keçirilən açıq dərslərdə müasir tədris və təlim metodalrına üstünlük verilir отключены

    Gəncə Dövlət Universitetinin “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının müəllimi Zümrüd Rzayevanın Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə 7-ci sinif şagirdləri üçün “Talent Contest” (İstedad müsabiqəsi) adlı mövzuda açıq dərsi keçirilib.

    Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov, Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəlliməsi T.Cəlilova iştirak ediblər.

    Açıq dərsin keçirilməsində məqsəd şagirdlərə yeni sözlərin düzgün tələffüz edilməsini və mənalarını öyrətmək, onların müzakirələrdə fəal iştirakı etməsini  və öz fikirlərini irəli sürməsini təmin etmək, istedad və bacarığın fərqini ayırd etmə bacarığını təkmilləşdirmək, həmçinin ilk istedad müsabiqəsi haqqında yeni məlumatı şagirdlərə çatdırmaq olub. Daha ətraflı »

  • 02Май
    Xəbərlər Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 01Май
    Xəbərlər Комментарии к записи Gəncə “Yaşıl şəhər”ə çevriləcək отключены

    Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Gəncədə olublar. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə qonaqlara Gəncə, onun tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verilib. Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi “Yaşıl şəhər” layihəsi ətrafında müzakirələr aparılıb.

    Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı ofisinin rəhbəri İvana Duarte bildirib ki, təmsil etdiyi qurum Avropanın 20-dən çox şəhəri ilə qeyd olunan layihə çərçivəsində əməkdaşlıq edir. Səfərlərinin məqsədi  Gəncəni də bu şəhərlərin sırasına daxil etməkdir. “Yaşıl şəhər” layihəsindən söz açan İvana Duarte qeyd edib ki, əsas hədəf şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaqdır. “Proqram çərçivəsində biz şəhər üçün xüsusi əhəmiyyət daşıyan bir neçə sahədə əməkdaşlıq etməyi düşünürük. Bura ictimai nəqliyyatın yenilənməsi, məət tullantılarının utulizasiyası, gecə işıqlandırılması sisteminin yenilənməsi,  suyunun keyfiyyətinin yaxşılaşdırılması və digərləri daxildir. Bütün bu işlər əvvəlcədən hazırlanacaq olan hərəkət planına uyğun şəkildə həyata keçiriləcək”, — deyəİvana Duarte bildirib.

    Daha ətraflı »

  • 01Май
    Xəbərlər Комментарии к записи İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşavirini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbul edib.

    Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etdi, əlaqələrimizin siyasi, iqtisadi, ticarət, enerji, təhlükəsizlik və digər sahələrdə genişləndiyini vurğuladı. Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətində olduğunu deyən dövlətimizin başçısı son dövrlər ərzində ölkələrimiz arasında qarşılıqlı təmasların və tədbirlərin əhəmiyyətini vurğuladı və bu müsbət dinamikanın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Daha ətraflı »

  • 01Май
    Xəbərlər Комментарии к записи Gəncədə debat təlimləri keçirilib отключены

    Təlimlər Gənclər evində gerçəkləşib.

    Gəncə Gənclər Debat Formu Gəncə Gənclər evində yaz 2019 öncəsi Ali Təhsil müəssisələrində təhsil alan tələbələr üçün  debat təlimləri həyata keçirilib.

    Təlimdə 120-yə yaxın gənc iştirak edib. Onlardan əsasən  Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin tələbələri təşkil edib. Daha ətraflı »

  • 01Май
    Xəbərlər Комментарии к записи Məktəblilər Mir Cəlal Paşayevin doğum gününü qeyd ediblər отключены

    Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə böyük yazıçı və ədəbiyyatşünas alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin doğum günü qeyd edilib. Tədbirdə Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

    Qonaqlar ilk olaraq görkəmli ədibin büstü önünə gül dəstələri qoyublar. Daha sonra məktəbin smart otağında keçirilən Mir Cəlal Paşayev haqqında təqdimat xarakterli nümunəvi dərs dinlənilib  və şagirdlərin hazırladıqları “Ərik ağacı” əsərindən bir parçanı təqdim edilib.. Sonra dərs zamanı müxtəlif sinif otaqlarında şagirdlərlə görüş keçirildi. Daha sonra qonaqlar bir qrup müəllim və şagirdlərlə görüş keçirdilər . Daha ətraflı »

  • 01Май
    Xəbərlər Комментарии к записи Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti “Batumoba 2019” — da iştirak edib отключены

    27-29 Aprel 2019-cu il tarixləri arasında Gürcüstanın Batumi şəhərində “Batumoba 2019” adı altında şəhər günləri keçirilib. Şəhər Bələdiyyəsinin təşkil etdiyi tədbir Batumininin 131 illiyinə həsr olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Xanlar Fətiyev, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi İlham Quliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə iştirak ediblər.

    “Batumoba 2019”-nun açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Batumi şəhərinin sakinlərini bayram münasibətilə təbrik edib, 2019-cu ilin hər iki şəhər üçün əhəmiyyətli bir il olduğunu vurğulayıb. Daha ətraflı »

  • 01Май
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov sakinləri dinləyib отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Qəbulda sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərə aydınlıq gətirilib.

    Fərdi yaşayış evinin təmiri və çoxmərtəbəli binalarda dam örtüklərinin bərpası bu dəfəki müraciətlərin əsasını təşkil edib. Şikayətlər arasında su və mavi yanacaqla bağlı məsələlər də yer alıb. Dərman preparatlı ilə təminat üçün də müraciət edənlər olub. Daha ətraflı »