Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Апр
    Xəbərlər Комментарии к записи Birinci vitse-prezident “İnstagram” səhifəsində Aprel qələbəsindən yazdı отключены

    “Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir”.

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu barədə fikirləri rəsmi “Instagram” səhifəsində yazılıb: “Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Daha ətraflı »

  • 03Апр
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindəverilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 9-14° isti olacaq. Daha ətraflı »

  • 03Апр
    Xəbərlər Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 02Апр
    Xəbərlər Комментарии к записи İlham Əliyev Rusiyanın Çeçenistan Respublikası başçısının müşavirini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Çeçenistan Respublikası başçısının müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovu qəbul edib.

    Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlətimizin başçısına çatdırdı və bildirdi ki, Ramzan Kadırov Prezident İlham Əliyevi özünə qardaş hesab edir. Çeçen xalqının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi heç vaxt unutmayacağını vurğulayan Adam Delimxanov ən çətin vaxtlarda Heydər Əliyevin onlara göstərdiyi qayğı və dəstəyi böyük ehtiramla xatırladı. Daha ətraflı »

  • 02Апр
    Xəbərlər Комментарии к записи Fasadı alkopanla üzlənmiş obyekt rəhbərlərinə göstəriş verilib отключены

    Gəncədə fasadı alkopanla üzlənmiş obyektlərin rəhbərlərinə göstəriş verilib. Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətində obyekt sahiblərinin iştirakı ilə iclas keçirilib.

    İclasda şəhər rəhbərliyinə məlumat verilib ki, Gəncədə fasadı alkopanla üzlənmiş 8 obyekt var. Bunlardan ikisi mağaza, ikisi tiracət mərkəzi, dördü isə şadlıq sarayıdır. FHN-nin Gəncə Regional Bölməsinin Yanğından Mühafizə Xidmətinin nümayəndəsi obyekt sahibləri ilə söhbət aparıb, onlara baş verə biləcək yanğın hadisələri və mühafizə yolları barədə danışıb.

    Daha ətraflı »

  • 02Апр
    Xəbərlər Комментарии к записи Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib отключены

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsi başlayıb.

    Vətənpərvərlik həftəsi çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi önündə anım mitinqi keçirilib. Daha ətraflı »

  • 02Апр
    Xəbərlər Комментарии к записи Gəncədə ‘Qəhrəmanlarımızı tanıyaq və tanıdaq’ adlı maarifləndirici tədbir keçirilib отключены

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı"na uyğun olaraq “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı təbliğat kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilib.

    Tədbir Gəncə şəhər Məhsəti Mərkəzində gerçəkləşib. Daha ətraflı »

  • 01Апр
    Xəbərlər Комментарии к записи Prezident İlham Əliyev Türkiyə Prezidentini AKP-nin bələdiyyə seçkilərində qələbəsi münasibətilə təbrik edib отключены

    Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

    Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etmişdir.

    Prezident İlham Əliyev bu qələbənin Prezident Rəcəb Tayyib Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirmişdir. Daha ətraflı »

  • 01Апр
    Xəbərlər Комментарии к записи DİM vergidə işləmək istəyən namizədlərin tеst imtаhаnının nəticələri elan edib отключены

    Dövlət İmtahan Mərkəzi bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib

    İmtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

    İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

    İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. Daha ətraflı »

  • 01Апр
    Xəbərlər Комментарии к записи Gənclər Evində 31 Mart — Soyqırımı Gününə həsr olunan maarifləndirici tədbir keçirilib отключены

    Gəncə Gənclər evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunan tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov tədbirin əhəmiyyətindən və bu istiqamətdə gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

    O, xalqımıza qarşı törədilən bu amansız soyqırımın yerli və beynəlxalq miqyasda təbliğatının aparılmasının önəminə toxunub və gəncləri bu sahədə aktiv olmağa səsləyib. Daha ətraflı »