Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,439
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 10Апр
    Xəbərlər Комментарии к записи Bu gün inşaatçıların peşə bayramıdır отключены

    Artıq 10-cu ildir aprelin 10-u Azərbaycan inşaatçıları öz peşə bayramlarını qeyd edirlər. Tikmək, qurub-yaratmaq gərəkli, xeyirxah işdir. Odur ki, inşaatçılara həmişə və hər yerdə hörmət bəslənir, onların işi, peşəsi yüksək dəyərləndirilir.

    Bugünün inşaatçılarının tikdiklərini, qurubyaratdıqlarını, arayarsəyə gətirdiklərini saymaqla qurtarmaz. Son 15 ildə ölkədə 3272 məktəb binası ucaldılıb və təmir olunub, 15 min kilometrdən çox yol inşa edilib. Çoxsaylı sənaye məhəllələri, aqroparklar, istehsal və sosialyönümlü digər müəssisələr istifadəyə verilib. Nəhəng su anbarları tikilib. Daha ətraflı »

  • 09Апр
    Xəbərlər Комментарии к записи Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib отключены

    Gəncədə Azərbaycan əhalisinin sayının 10 000 000-na çatması bayram edilib. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev meydanında konsert proqramı təşkil olunub.

    Konsertdə şəhər icra hakimiyyətinin rərbəri Niyazi Bayramov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri,  sakinlər və şəhərin qonaqları iştirak edibər. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi tamaşaçılar qarşısında rəngarəng musiqi proqramı ilə çıxış edib. Konsert boyu meydanda Azərbaycanın üç rəngli dövlət rəmzləri dalğalandırılıblar. Daha ətraflı »

  • 09Апр
    Xəbərlər Комментарии к записи GDU Avropa Komissiyasının MEDİATS layihəsinə qoşulub отключены

    Gəncə Dövlət Universiteti (GDU) Azərbaycan cəmiyyətindəki mediasiya dəyərlərini inkişaf etdirmək üçün Avropa Komissiyasının “Erasmus+” proqramının Təlimin və Cəmiyyətin Transformasiyası (MEDİATS) layihəsinə tərəfdaş olaraq qoşulub.

    GDU-nun İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov bildirib ki, bir çox xarici ölkələrdəbahisələrin daha səmərəli həlli məqsədilə alternativ üsullardan istifadə olunur.

    Mübahisələrin bu cür məhkəmədənkənar alternativ həlli üsullarından biri də mediasiyadır. Mediasiya zamanı üçüncü tərəf vasitəçi rolunu oynayaraq, iki və daha çox tərəfin iştirakı ilə müzakirə aparılmasına və problemin həlli üçün razılığa gəlməyə kömək edir. Daha ətraflı »

  • 08Апр
    Xəbərlər Комментарии к записи Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqını təbrik edirlər отключены

    2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik edirlər. Daha ətraflı »

  • 08Апр
    Xəbərlər Комментарии к записи GDU-nun təcrübəçi tələbələrinin ümumtəhsil məktələrində sınaq dərsləri davam edir отключены

    Biologiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Səma Hüseynovanın Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 6 sinif şagirdləri üçün “Tozlanma” mövzusunda sınaq dərsi olub. Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist- müəllim Füzuli Bayramov, orta məktəbin fənn müəllimləri və təcrübəçi tələbələr istirak edib.

    Təcrübəçi tələbə mövzuda çiçəkli bitkilərdə tozlanma, öz-özünə tozlanma, çarpaz tozlanma, küləkdə tozlanma, həşaratlarda tozlanma haqqında geniş məlumat verib.

    Dərsin təhlilində çıxış edən metodist müəllimlər təcrübəçi tələbəyə metodiki məsləhətlər verib.  Daha ətraflı »

  • 08Апр
    Xəbərlər Комментарии к записи Heydər Əliyev Mərkəzinin qarşısında “On milyon” adlı fleşmob keçirilib отключены

    Nərimanov Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında “On milyon” adlı fleşmob keçirilib.

    200-dən çox rayon gəncinin iştirak etdiyi fleşmob Azərbaycanın on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub. Daha ətraflı »

  • 08Апр
    Xəbərlər Комментарии к записи Belçika jurnalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş məqalə dərc edib отключены

    Brüsseldə nəşr olunan və geniş beynəlxalq oxucu auditoriyasına malik “Diplomatic World” jurnalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş “Müasir Azərbaycan tarixinin böyük qadını” (bax: http://diplomatic-world.com/?p=3204 ) sərlövhəli məqalə dərc edilib.

    Məqalənin müəllifi “EurAsiaAz” beynəlxalq ekspert klubunun direktoru, Vzglyad.az xəbər agentliyinin baş redaktoru Seymur Məmmədovdur.

    2019-cu il fevralın 21-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezident vəzifəsinə təyin edilməsinin ikinci ildönümü tamam olub. Daha ətraflı »

  • 08Апр
    Xəbərlər Комментарии к записи ADAU — da professor Hacı Hacıyevin 100 illik yubileyi ilə bağlı elmi-nəzəri konfrans keçirilib отключены

    Azərbaycan Dövlət Aqrar Universitetində təhsil müəssisəsinin məzunu, baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyinə həsr olunan “Baytarlıq elminin inkişafında innovativ texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq” mövzusunda elmi-nəzəri konfrans keçirilib. ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə konfrans iştirakçıları əvvəlcə Hacı Hacıyevin məzarını ziyarət ediblər.

    Sonra Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində alimin adına yaradılan xüsusi auditoriyanın açılışını edib, çalışdığı fakültənin təhsil şəraiti ilə tanış olublar. Daha ətraflı »

  • 08Апр
    Xəbərlər Комментарии к записи Bakı-Gəncə qatarında biznes yerlərinin qiyməti endilir отключены

    Bu barədə AYD-dən bildirilib.

    Standart və Birinci klass yerlərə isə gediş haqqı dəyişdirilməyib. Daha ətraflı »

  • 08Апр
    Xəbərlər Комментарии к записи Düşmən atəşkəs rejimini yenidən pozub отключены

    Atəşkəs rejimi 26 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

Страница 5 из 244« Первая...34567...102030...Последняя »