Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 21Дек
    Xəbərlər Комментарии к записи Düşmən atəşkəs rejimini yenidən pozub отключены

    Atəşkəs rejimi 25 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

    Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 21Дек
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 6-9° isti olacağı ehtimal edilir. Daha ətraflı »

  • 21Дек
    Xəbərlər Комментарии к записи ADAU-da ‘Kənd təsərrüfatının inkişafı-elm’ mövzusunda elmi-praktik konfrans keçirilib отключены

    Konfransdan iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. 
    Konfransı giriş sözü il
    ə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun aqrar sahədə innovativ texnologiyalar sahəsində fəallığının artırılmasının əsas istiqamətləri, praktik yönümlü tədrisin üstünlük təşkil etməsinin vacibliyi, elmi-tədqiqat işlərinin mövzularının sahibkarların tələblərinə uyğunlaşdırılması və kommersiyalaşdırılması, universitet-fermer əlaqələrinin gücləndirilməsi məsələləri barəsində danışıb. Daha ətraflı »

  • 20Дек
    Xəbərlər Комментарии к записи Prezident aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncam imzalayıb отключены

    Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin. Daha ətraflı »

  • 20Дек
    Xəbərlər Комментарии к записи UTECA yataqxanası yeni ildən tələbələrin istifadəsinə veriləcək отключены

    Azərbaycan Texnologiya Universitetinin tələbələri tezliklə UTECA-nın yataqxanasına yerləşdiriləcək. Bu barədə Elmi Şuranın 3 saylı iclası zamanı rektor, professor Akif Süleymanov məlumat verib. İclası giriş sözü ilə açan rektor bildirib ki, yataqxana uzun müddət idi ki, istifadəyə yararsız vəziyyətdə idi.

    Universitetin daxili imkanları hesabına korpuslardan birində təmir işləri yekunlaşmaq üzrədir. İlkin mərhələdə infrastrukturla tam təchiz edilmiş 10 otaq yeni ildən tələbələrin ixtiyarına veriləcək. Daha ətraflı »

  • 20Дек
    Xəbərlər Комментарии к записи Avropa Parlamentindən Azərbaycana böyük dəstək отключены

    Beynəlxalq təşkilatın qəbul etdiyi son qətnamə Prezident İlham Əliyevin xarici diplomatiyasının növbəti uğuru və məqsədyönlü, qətiyyətli siyasətin təntənəsidir.



    Milli Məclisin dünənki plenar iclası Avropa Parlamentinin 2018-ci ilin son iclasında qəbul etdiyi qətnamənin müzakirəsi ilə öz işinə başladı. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev dekabrın 11-12-də Avropa Parlamentində keçirilən ilin son iclaslarından və qəbul edilən qətnamənin məzmunundan söz açdı. Daha ətraflı »

  • 20Дек
    Xəbərlər Комментарии к записи Gəncədə hava əsasən yağmursuz keçəcək отключены

    Gəncədə 10° isti olacağı bildirilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Daha ətraflı »

  • 20Дек
    Xəbərlər Комментарии к записи Düşmən atəşkəs rejimini yenidən pozub отключены

    Atəşkəs rejimi 29 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

    Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 19Дек
    Xəbərlər Комментарии к записи Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb отключены

    “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1369-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1369-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: Daha ətraflı »

  • 19Дек
    Xəbərlər Комментарии к записи UTECA-nın YAP-a üzv olan tələbələrinə vəsiqələr verilib отключены

    Yeni Azərbaycan Partiyası Azərbaycan Texnologiya Universiteti ərazi ilk partiya təşkilatında partiya sıralarına yeni qəbul olunmuş tələbə-gənclərə üzvlük vəsiqələri təqdim edilib.

    Tədbirdə çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov Azərbaycanda gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolundan, onların ictimai-siyasi proseslərdə fəal iştirakından danışıb. Qeyd edib ki, Azərbaycan gəncləri Yeni Azərbaycan Partiyasına, onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sıx bağlıdır, onlar Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla irəliləyirlər. Daha ətraflı »