Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Июл
    Xəbərlər Комментарии к записи Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub отключены

    Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub. Daha ətraflı »

  • 08Июл
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqrnozu отключены

    0Gəncədə hava yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Gəncədə Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturu gecə 19+24°, gündüz 30+35° isti olacaq. Daha ətraflı »

  • 05Июл
    Xəbərlər Комментарии к записи Prezidentin sosial islahatlar paketi vətəndaş rifahı naminə atılan inqilabi addımdır отключены

    2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır.

    İlham ƏLİYEV

    Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır.

    Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Daha ətraflı »

  • 04Июл
    Xəbərlər Комментарии к записи Niyazi Bayramov mütəmadi olaraq vətəndaşların problemləri ilə maraqlanır отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq vətəndaşları qəbul edir, onların problemləri ilə maraqlanır, şikayət və təkliflərini dinləyir. Növbəti belə qəbulda 20-yə yaxın sakin iştirak edib.

    Qəbulda iştirak edən vətəndaşlar öz problemlərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmiri, torpaq sahəsinin ayrılması, çoxmənzilli binalarda dam örtüyünün dəyişdirilməsi və bir sıra digər məsələlər yer alıb. Sakinlərin hər birinin müraciəti fərdi şəkildə dinlənilib. Səsləndirilən əksər problemlər yerindəcə öz həllini tapıb. Bəzilərinin isə araşdırılaraq həll olunması istiqamətində müvafiq tapşırıqlar verib.

    Daha ətraflı »

  • 04Июл
    Xəbərlər Комментарии к записи Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb отключены

    Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.

    “Report” xəbər verir ki, iyulun 9-da keçiriləcək toplantının gündəliyinə 38 məsələ daxildir.

    Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Yol hərəkəti haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq. Daha ətraflı »

  • 04Июл
    Xəbərlər Комментарии к записи “Təmas” RİİB “Öz işini qur” biznes təlimləri təşkil edib отключены

    “Təmas” RİİB “Insan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Rabilitasiya-Reinteqrasiya Mərkəzi (Sığınacaq)” layihəsi çərçivəsində “Öz işini qur” biznes təlimləri keçirilib. Təlimlərdə həssas vəziyyətdə olan 20 qadın iştirak edib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.

    Təlimlər zorakılığa məruz qalmış qadınların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına köməklik göstərmək məqsədi daşıyır. Belə ki, təlimlər zamanı qadınlar kiçik biznes qurmaları üçün onlara dəstək göstərə biləcək qurum və şəxslər, habelə biznes planın hazırlanması üsulu və qaydaları barədə məlumatlandırılıblar.  

    Təlimin ilk günü qadınlara biznes, sahibkarlıq, fərdi sahibkarlıq, kiçik biznes fəaliyyətləri ilə əlaqədar izahlı məlumatlar verilib. İkinci gün müştəri münasibətləri, marketinq və satış kimi, biznesin inkişaf etdirilməsi yolları izah olunub, kiçik bniznesdə biznes planın hazırlanması üzrə təlimatlar verilib. Daha ətraflı »

  • 04Июл
    Xəbərlər Комментарии к записи Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra pozulub отключены

    Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub. Daha ətraflı »

  • 03Июл
    Xəbərlər Комментарии к записи Sahibkarlığa dəstək üçün yeni layihə отключены

    Sahibkarlığın dəstəklənməsi üçün xarici ölkələrin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri layihələr əlaqələndiriləcək.

    Prezident İlham Əliyev “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Fərman imzalayıb.

    Fərmana əsasən, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqəli şəkildə həyata keçiriləcək.

    Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanılan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən həyata keçirilən proqramlara (layihələrə) KOBİA-nın cəlb olunmasını təmin edəcək. Daha ətraflı »

  • 03Июл
    Xəbərlər Комментарии к записи Gəncənin YAP fəalları Əli Əhmədovun təşəbbüsünə qoşulublar отключены

    Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədovun təşəbbüsü ilə başlanılan Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına YAP Gəncə şəhər təşkilatının əməkdaşları və partiya fəalları da qoşulublar.

    Bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edən, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü kimi Gəncə şəhərinin partiya fəalları böyük ruh yüksəkliyi ilə xeyriyə aksiyasında iştirak edib, fondun hesabına vəsait köçürüblər. Daha ətraflı »

  • 03Июл
    Xəbərlər Комментарии к записи Azərbaycan növbəti beynəlxalq tədbirə evsahibliyi edir отключены

    UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin yüksək qlobal nüfuzunun təsdiqidir

    İyun ayında Bakı bir neçə beynəlxalq tədbirə evsahibliyi etdi. İyunun 20-21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası, iyunun 24-26-da Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi. İyunun 30-dan isə paytaxtımızda UNESCO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası start götürdü. Daha ətraflı »