Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,020
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 24Сен
    Sosial Комментарии к записи Gəncənin bir hissəsində təbii qaz təchizatı dayandırılıb отключены

    Sentyabrın 24-də saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra edilir. 

    Bu müddətdə Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Daha ətraflı »

  • 18Сен
    Sosial Комментарии к записи Dövlət qulluğu üzrə müsahibədə uğur qazanmış 89 namizəd müxtəlif vəzifələrə uyğun bilinib отключены

    Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

    Sentyabrın 18-i saat 10:30-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 89 nəfər uğur qazanıb. Onlardan 41 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 29 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 7 nəfər Mədəniyyət Nazirliyində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfər isə Şirvan Apelyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib. Daha ətraflı »

  • 13Сен
    Sosial Комментарии к записи Azərbaycanda əcnəbilər üçün işə görə kvotanın yarısından çoxu dolub отключены

    Bu il Nazirlər Kabineti tərəfindən əcnəbi miqrantlar üçün 6800 kvota müəyyənləşdirib, yəni il ərzində 6800 əcnəbi ölkəmizdə əmək fəaliyyətinə cəlb edilə bilər.

    Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

    Onun sözlərinə görə, artıq bu kvotanın yarısından çoxu üzrə işləmək üçün müraciətlər edilib.

    V.Hüseynov əlavə edib ki, əcnəbilərin iş icazəsinin alınmasının rüsum məbləği müddətə görə dəyişir. Azərbaycanda 6 aylıq iş icazəsi üçün dövlət rüsumunun məbləği 500, birillik rüsumun məbləği isə 1000 manatdır: “Biz çalışırıq ki, kvotanın mövcudluğu heç bir sahibkarlıq subyekti üçün gərginlik yaratmasın. Hətta kvota dolduğu zaman hökumət tərəfindən bu məsələyə təkrar baxıla bilər”. Daha ətraflı »

  • 03Сен
    Sosial Комментарии к записи Gəncədə tikiən İdman sarayı 2021-ci ilin sonuna qədər istifadəyə veriləcək отключены

    Gəncədə İdman sarayının tikintisinə ötən ilin martında başlanılıb. Ölkə prezidentinin imzaladığı sərəncam əsasında inşa edilən tikili 3 hektara yaxın ərazini əhatə edir. Sarayda müxtəlif növ olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar, həmçinin üzgüçülük hovuzu yaradılacaq. Regionun ən böyük idman sarayının 2021-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.

    İş icraçısı Elman Rəhimov bildirib ki, hazırda sarayın 3-cü mərtəbəsində dəmir beton işləri görülür. "İşləri vaxıtndan əvvəl təhvil verməyi planlaşdırırıq. Burada yüksək keyfiyyətli materiallardan istifadə olunur. İşin keyfiyyətinə həm fövqəladə hallar nazirliyi həm də layihə rəhbərləri daim nəzarət edirlər"-deyə icraçı əlavə edib. Daha ətraflı »

  • 03Сен
    Sosial Комментарии к записи Gəncədə yolların təmiri sürətlə davam edir отключены

    Gəncədə prospekt və küçələrin asfaltlanma işləri davam edir. Şəhərdə su və kanalizasiya xətlərinin yenilənməsi zamanı qazılan küçələrdən Nəriman Nərimanov, eləcə də Gülüstan qəsəbəsində olan ara küçələrdə yol yenilənir. Eni 9 metr, uzunluğu 1 km olan Dədə Qorqud küçəsində isə asfalt örtüyünün alt qatı salınıb.

    Ərazidə köhnə asfalt örtüyü çıxarılıb. Həmçinin paralel olaraq küçənin hərəkət zolağının sağ və sol hissələrində eni 1-2 metr olan piyadaların hərəkət etdiyi səki də asfaltlanır. İşləri “Gəncə Körpü Tikinti” ASC-nin 20 ağır texnikası, eləcə də 60-a yaxın canlı qüvvəsi həyata keçirir. Küçənin asfaltlanması işi 1 həftəyə tam başa çatacaq. Paralel olaraq yol kənarlarıda abadlaşdırılır, küçələrin işıqlandırılması üçün müasir sistem quraşdırılır. Daha ətraflı »

  • 01Авг
    Sosial Комментарии к записи “Regional İnkişaf” İctimai Birliyi “Sosial layihələr” müsabiqəsi elan edib отключены

    Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) 2019-cu il üzrə “Sosial layihələr” müsabiqəsi elan edib.

    “Report” RİİB-in bununla bağlı açıqlamasını təqdim edir:

    Məqsədimiz

    Hazırda Azərbaycan dövləti tərəfindən cəmiyyətin müxtəlif sahələrini əhatə edən uğurlu islahatlar həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə dövlət qurumları ilə vətəndaşlar arasında birbaşa ünsiyyətin, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində ciddi işlər aparılır, cəmiyyətimizin sosial inkişafında, o cümlədən də, vətəndaş cəmiyyətinin gücləndirilməsi sahəsində zəruri qərarlar qəbul edilir. Daha ətraflı »

Страница 2 из 212