Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,329
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 02Июл
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov polisləri təbrik edib отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “2 İyul-Polis Günü” münasibətilə polis işçilərini təbrik edib. Təbrikdə deyilir: «2 iyul Azərbaycan Polisinin yaradılmasının 102-ci ildönümüdür. Bu gün özündə tarixi əhəmiyyət kəsb edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış müfaviq Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan olunması, milli polisin çoxillik tarixi və peşə ənənələrinin davam etdirilməsinə təkan verməklə yanaşı, həm də polis əməkdaşlarının əməyinə verilən yüksək qiymətin nəticəsi idi».

    Daha ətraflı »

  • 02Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçirilib отключены

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 9 şəhər və rayonunda, o cümlədən Gəncədə sərtlərşdirilmiş karantin rejimi tədbiq olunur. Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alınaraq, Gəncədə bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.

    Daha ətraflı »

  • 02Июл
    Cəmiyyət Комментарии к записи Pərvin Kərimzadə: Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır отключены

    Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı yeni çağırışlarları, təşəbbüsləri, əməli addımları bütün dünyada yüksək qiymətləndirilir və dəstəklənir. Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkli qeyd edib ki, daim müasir dövrün çağırışlarına uyğun istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artıran Azərbaycan yer kürəsinə qara kabus kimi çökən pandemiya ilə mübarizədə bəşəri ideyalara sadiqliyini bir daha göstərdi.

    Dünya müharibəsi ilə müqayisə olunan COVID-19-la mübarizədə qlobal həmrəyliyə böyük ehtiyac olduğu bir vaxtda Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini gündəmə gətirdi.

    Daha ətraflı »

  • 02Июл
    Cəmiyyət Комментарии к записи 2 iyul — Azərbaycanda Polis Günüdür отключены

    İyulun 2-də Azərbaycan Polisi yaranmasının 102-ci ildönümünü qeyd edir.
    Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

    Daha ətraflı »

  • 02Июл
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova onlayn konfransda iştirak edib отключены

     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirilib. Videokonfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə DK-nin sədri Bahar Muradova, Millət vəkilləri Hicran Hüseynova və Siyavuş Novruzov, habelə şəhər, rayon icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humatinar məsələlər üzrə müavini Vəfa Abbasova da iştirakçılar arasında yer alıb.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. O, bu istiqamətdə mütəmadi olaraq keçirilən təlimlər haqqında danışaraq, əhəmiyyətini qeyd edib.

    Daha ətraflı »

  • 01Июл
    Cəmiyyət Комментарии к записи 9108 «Çağrı Mərkəzi» gücləndirilmiş rejimdə fəaliyyət göstərir отключены

    “Çağrı Mərkəzi” xidmətlərinin müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.
    Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarı əsasında “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin fəaliyyəti yenidən aktivləşdirilib. Belə ki, həmin ərazilərdə iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək məhdudiyyətlər tətbiq edilir.
    Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət”in 9108 “Çağrı Mərkəzi”nə müraciət edilməsi imkanı yaradılıb.

    Daha ətraflı »

  • 01Июл
    Cəmiyyət Комментарии к записи Gəncənin qəsəbələrində də dezinfeksiya işləri aparılır отключены

    Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Gəncədə də bu işlər geniş vüsət alıb. Belə ki, şəhərin küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir.
    Bu gün isə dezinfeksiya işləri şəhərin «Sevinc» və «Natəvan» adlanan qəsəbələrində aparılıb. Qəsəbələrin küçələri və fərdi yaşayış evlərinin həyətyanı əraziləri xüsusi məhlulla dezinfeksiya edilib.

    Daha ətraflı »

  • 01Июл
    Cəmiyyət Комментарии к записи Gəncə gəncləri şəhidlərimizin xatirəsini yad ediblər отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına uyğun olaraq “Biz birlikdə güclüyük” şüarını rəhbər tutan gənclərin reallaşdırdıqları, şəhidlərimizin xatirəsinə hörmət və ehtiramın ifadəsi olan aksiya ölkəmizin müxtəlif şəhər və rayonlarında davam etdirilib.
    Azərbaycan Gənclərinin Əlaqələndirmə Mərkəzindən bildiriblər ki, vətəndaşların əksəriyyətinin, o cümlədən şəhid ailələrinin üzvlərinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində evdə qaldığı bir dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş qəhrəmanlarımızın məzarlarına baş çəkən gənclər şəhidlərimizin qəbirlərinin ətrafını təmizləyib, ərazini səliqəyə salıblar.

    Daha ətraflı »

  • 01Июл
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev onlayn konfransda iştirak edib отключены

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş Nazirin müavini Əli Əhmədovun müvafiq göstərişinə əsasən Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə onlayn konfrans keçirilib. Onlayn konfrans “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusuna həsr olunub.
    Komissiyaya üzv olan qurumların məsul əməkdaşlarının, habelə şəhər, rayon komissiyalarının sədrlərinin iştirak etdiyi videokonfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev də yer alıb.

    Daha ətraflı »

  • 30Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə dezinfeksiya işləri davam etməkdədir отключены

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir.Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır.
    Gündəlik aparılan dezinfeksiya işləri şəhərin mərkəzində yerləşən küçələri, əhali sıxlığı təşkil edən bütün əraziləri, o cümlədən, Cavad xan küçəsini, Xan bağını, açıq hava idman qurğularını, poçt şöbələrinin, bankların, bankomatların qarşısını, yaşayış binalarının girişlərini, parkları, bulvarı, istirahət məkanlarının ərazilərini əhatə edir.

    Daha ətraflı »

Səhifə 15 - 61«...10...1314151617...203040...»