Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,172
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Май
    Cəmiyyət Комментарии к записи Diqqət! Bu tarixdə Gəncədə qaz olmayacaq! отключены

    Gəncə sakinlərinin nəzərinə! Yay mövsümünə keçidlə əlaqədar daraldıcı qurğuların dəyişdirilməsi məqsədilə 20.05.2020-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Gəncə şəhərinin qaz təchizatı tam olaraq dayandırılacaq. Qaz təchizatı saat 17:00-dək mərhələli şəkildə bərpa olunacaq. Daha ətraflı »

  • 18Май
    Cəmiyyət Комментарии к записи Laçının işğalından 28 il ötür отключены

    Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsinin ildönümüdür.
    Laçının işğalından 28 il ötür.
    1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.

    Daha ətraflı »

  • 16Май
    Cəmiyyət Комментарии к записи Azərbaycanda 8 gün qeyri-iş günü olacaq — RƏSMİ отключены

    Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib.
    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
    Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

    Daha ətraflı »

  • 16Май
    Cəmiyyət Комментарии к записи TƏBİB: Gəncədə epidemiyanın qarşısını almaq mümkün olub отключены

    «Hazırda Azərbaycanda pandemiya ilə mübarizənin 2-ci mərhələsindəyik». Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
    TƏBİB sədri bildirib ki, Gəncə şəhərində əks endimik tədbirlərin aparılması nəticəsində epidemiyanın qarşısını almaq mümkün olub: «Proses ardıcıl şəkildə davam etməlidir və insanlar arxayınlaşmamalıdır».

    Daha ətraflı »

  • 16Май
    Cəmiyyət Комментарии к записи Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir отключены

    Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Qərara əsasən 18 may 2020-ci il saat 00:00-dan etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürüləcək.

    Daha ətraflı »

  • 16Май
    Cəmiyyət Комментарии к записи GÜNÜMÜZÜN REALLIĞI отключены

    PREZİDENTİMİZƏ MİNNƏTDARAM

    Bütün dünyada olduğu kimi, ölkəmizin də koronavirus təhlükəsi ilə üz-üzə qalması bir vətəndaş olaraq məni çox məyus edir. Mən gənc anayam və övladlarım ibtidai siniflərdə təhsil alırlar. Uşaqlarımın təhsildən geri qalacaqları fikri məni çox narahat edirdi. Sağlamlığımız üçün isə «EvdəQal» kampaniyasına əməl etməyimiz vacib şərtdir. Çünki insan sağlamlığını heç nə ilə əvəz etmək olmaz. Lakin elmdən, təhsildən kənar həyat sürməyin də bir mənası yoxdur.

    Daha ətraflı »

  • 16Май
    Cəmiyyət Комментарии к записи Azərbaycanda SMS icazə sistemi ləğv olunur отключены

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
    Koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

    Daha ətraflı »

  • 16Май
    Cəmiyyət Комментарии к записи Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi отключены

    Məlum olduğu kimi xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşalmasına dair qərar verilib.
    Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin 2020-ci il may ayının 18-i saat 00:00-dan etibarən yumşaldılmasına qərar verib.

    Daha ətraflı »

  • 16Май
    Cəmiyyət Комментарии к записи Atəşkəs rejimi 23 dəfə pozulub отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
    Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Daha ətraflı »

  • 15Май
    Cəmiyyət Комментарии к записи Məmurların xalqa və dövlətə xəyanəti bağışlanmazdır отключены

    Son illər ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə genişmiqyaslı islahatlar aparılır. Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam edir.

    İslahatların prinsiplərindən biri, bəlkə də ən vacibi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam mühitdə təşkili oldu. Bu istiqamətdə — dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun təminilə bağlı bir sıra uğurlar əldə edilib.

    Daha ətraflı »

Səhifə 18 - 50«...10...1617181920...304050...»