Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,066
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 19Ноя
    Cəmiyyət Комментарии к записи Şəhər rəhbəri sakinlərin problemləri ilə maraqlanıb отключены

    ncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb. Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçsısı Nizami Hacıyev, idarə, müəssisə və təşkilat rəhərləri də iştirak etdiyi görüşdə sakinləri narahat edən məsələlər dilə gətirilib, onların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

    Niyazi Bayramov vətəndaşları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Şəhər rəhbəri qeyd edib ki,  Gəncədə binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, şəhərin su təsərrüfatı və kanalizasiya sistemi yenidən qurulur,  çoxmərtəbəli binaların liftləri yenilənir, yollarda təmir-bərpa işləri gedir.  Niyazi Bayramov onu da vurğulayıb ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir. Daha ətraflı »

  • 19Ноя
    Cəmiyyət Комментарии к записи Ölkəmizi tanıyaq’ maarifləndirici tur-aksiya çərivəsində 9 bölgənin məktəbliləri Gəncəyə gəliblər отключены

    “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi başlayıb. Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi başlayıb. Gəncəəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Quba, Qusar, Şabran, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamaldan rayonlarından olan məktəblilər Gəncəyə gəliblər.

     “Ölkəmizi tanıyaq” avtobuslarının ilk dayanacağı Heydər Əliyev park-kompleksi olub. Burada məktəbliləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndələri və mədəniyyət işçiləri qarşılayıblar.

    Qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın mahiyyətindən söz açıb. Daha ətraflı »

  • 18Ноя
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov Serbiyanın Novi Sad şəhərində olub отключены

    Serbiyanın Novi Sad şəhərində "Avropa Gənclər Paytaxtlarının Şəbəkəsi"nin yaradılması məqsədilə imzalanma mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin əməkdaşları, həmçinin müxtəlif illərdə Avropanın Gənclər Paytaxtı titulunu daşıyan şəhərlərin mer və vitse-merləri iştirak ediblər.

    İmzalanma mərasimində Avropa Gənclər Paytaxtlarını təmsil edən rəsmilər “Avropa Gənclər Paytaxtları Şəbəkəsi”nin yaradılmasını təsdiq edən “Təsis Aktı”nı imzalayıblar. “Təsis Aktı” dövlət qeydiyyatına alınması üçün Rumıniya Hökümətinə göndərilib. Daha ətraflı »

  • 18Ноя
    Cəmiyyət Комментарии к записи Azərbaycan dilinin orfoqrafiya lüğəti nəşrə göndərilib отключены

    Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib.

    Bu barədə AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

    O bildirib ki, lüğət çap olunması üçün nəşriyyata təqdim edilib: “Bütün sözlər hərfbəhərf yoxlanılıb. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub. Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək".

    Qeyd edək ki, bundan əvvəlki orfoqrafiya lüğətində olmayan, təxminən, 4000 yeni söz Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib. Daha ətraflı »

  • 18Ноя
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindəAZƏRTAC-a verilən məlumata görə, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 10-15° isti olacağı ehtimal edilir. Daha ətraflı »

  • 14Ноя
    Cəmiyyət Комментарии к записи Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata da çata bilərik” отключены

    “Bakı-Gəncə sürət elektrik qatarı yolu 4 saata gedir, amma bu, bizi qane etmir”.

    Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.

    “Yolumuzun infrastrukturu imkan verir ki, sürəti saatda 140 km-ə qədər qaldıraq. Bakıdan Gəncəyə 3 saata da çata bilərik”, — deyə o, qeyd edib.

    Sədr həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan dəmir yolunda işləri tam bitirib: “Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Daha ətraflı »

  • 14Ноя
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti olacağı ehtimal edilir. Daha ətraflı »

  • 12Ноя
    Cəmiyyət Комментарии к записи İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

    Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən salınacaq yeni park barədə məlumat verərək dedi:

    -Cənab Prezident, bura parkın ən hündür nöqtəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.

    Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.

    Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.

    Birinci xanım Mehriban Əliyeva: Təbii park. Daha ətraflı »

  • 12Ноя
    Cəmiyyət Комментарии к записи Gəncədə Mustafa Kamal Atatürk anılıb отключены

    Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 81 il ötür. Bununla əlaqədar olaraq Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım tədbiri keçirilib. Mərasim Atatürkün vəfat etdiyi saatda — 09:05-də 1 dəqiqəlik sükutla başlayıb.

    Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Atatürkün əvəzolunmaz bir siyasətçi olduğunu qeyd edib: "Mustafa Kamal Atatürk siyasi baxımdan çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Osmanlı dövlətinin səylərinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlər, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çox acınacaqlı vəziyyətə olub. Mustafa Kamal Atatürk belə bir şəraitdə xalqı səfərbər edərək milli mübarizəyə başlayıb. Heç bir beynəlxalq gücün hegemonluğunu qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırıb".

    Daha ətraflı »

  • 12Ноя
    Cəmiyyət Комментарии к записи ‘Ölkəmizi tanıyaq’: növbəti maarifləndirici tur-aksiya başlayır отключены

    Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

    Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

    AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Daha ətraflı »

Страница 2 из 1312345...10...Последняя »