Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,312
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Ноя
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindəAZƏRTAC-a verilən məlumata görə, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 10-15° isti olacağı ehtimal edilir. Daha ətraflı »

  • 14Ноя
    Cəmiyyət Комментарии к записи Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata da çata bilərik” отключены

    “Bakı-Gəncə sürət elektrik qatarı yolu 4 saata gedir, amma bu, bizi qane etmir”.

    Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.

    “Yolumuzun infrastrukturu imkan verir ki, sürəti saatda 140 km-ə qədər qaldıraq. Bakıdan Gəncəyə 3 saata da çata bilərik”, — deyə o, qeyd edib.

    Sədr həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan dəmir yolunda işləri tam bitirib: “Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Daha ətraflı »

  • 14Ноя
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti olacağı ehtimal edilir. Daha ətraflı »

  • 12Ноя
    Cəmiyyət Комментарии к записи İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

    Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən salınacaq yeni park barədə məlumat verərək dedi:

    -Cənab Prezident, bura parkın ən hündür nöqtəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.

    Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.

    Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.

    Birinci xanım Mehriban Əliyeva: Təbii park. Daha ətraflı »

  • 12Ноя
    Cəmiyyət Комментарии к записи Gəncədə Mustafa Kamal Atatürk anılıb отключены

    Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 81 il ötür. Bununla əlaqədar olaraq Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım tədbiri keçirilib. Mərasim Atatürkün vəfat etdiyi saatda — 09:05-də 1 dəqiqəlik sükutla başlayıb.

    Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Atatürkün əvəzolunmaz bir siyasətçi olduğunu qeyd edib: "Mustafa Kamal Atatürk siyasi baxımdan çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Osmanlı dövlətinin səylərinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlər, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çox acınacaqlı vəziyyətə olub. Mustafa Kamal Atatürk belə bir şəraitdə xalqı səfərbər edərək milli mübarizəyə başlayıb. Heç bir beynəlxalq gücün hegemonluğunu qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırıb".

    Daha ətraflı »

  • 12Ноя
    Cəmiyyət Комментарии к записи ‘Ölkəmizi tanıyaq’: növbəti maarifləndirici tur-aksiya başlayır отключены

    Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

    Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

    AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Daha ətraflı »

  • 12Ноя
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov Rustam Soli ilə görüşüb отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Tacikistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. Niyazi Bayramov qonağı Azərbaycanın qədim şəhəri olan Gəncədə salamlamaqdan məmnun olduğunu bildirib. O, səfirə Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib.

    Niyazi Bayramov  bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Bu il isə Avropanın İdman Şəhəri titulunu dayışır. Bütün bunlar da öz növbəsində şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib. Şəhər rəhbəri Gəncədə 3 universitet və 3 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu səfirin diqqətinə çatdırıb.  Daha ətraflı »

  • 12Ноя
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindəbildiriblər ki, Gəncədə qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti təşkil edəcəyi ehtimal olunur. Daha ətraflı »

  • 07Ноя
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub, sakinlərlə görüşüb отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərində olub, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Şəhər rəhbəri abadlaşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının həyətlərinə baş çəkib, buradakı vəziyyətlə yaxından tanış olub.

    Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Onlar yaşadıqları ərazilərdə məhəllədaxili yolların asfaltlanmasını, gecə işıqlandırılması sisteminin qurulmasını, uşaqlar üçün oyun meydançalarının yaradılmasını xahiş ediblər.

    Niyazi Bayramov qeyd edib ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Şəhərdə olan əksər binaların həyətləri abadlaşdırılaracaq, yaşıllıqlar bərpa ediləcək. Sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması istiqamətində görülən bu işlər, növbəti il də mərhələli şəkildə davam etdiriləcək. Daha ətraflı »

  • 06Ноя
    Cəmiyyət Комментарии к записи Niyazi Bayramov Husnan Bey Fananie ilə görüşüb отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İndoneziyanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananieni görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə olunub.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonağı salamlayaraq, qədim tarixə malik olan Gəncə haqqında ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci  böyük sənaye şəhəridir. Gəncədə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Niyazi Bayramov burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab — 2” kimi iri sənaye müəssisələrin olduğunu vurğulayıb, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisinin davam etdiyini bildirib.

    Səmimi qəbula görə təşəkkür ifadə edən Husnan Bey Fananie Gəncənin onun qəlbində xüsusi yeri olduğunu bildirib. Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi iqtisadi, sosial və mədəni sahələrdə əlaqələr yaratmaqdır. Daha ətraflı »

Səhifə 49 - 60«...102030...4748495051...60...»