Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 13Сен
    Cəmiyyət Комментарии к записи Naqif Həmzəyev aztəminatlı ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə edib отключены

    YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev yeni tədris ili ərəfəsində övladları bu il 1-ci sinifə qədəm qoyan aztəminatlı ailələrin qonağı olub. Naqif Həmzəyev qarşıdan gələn 15 sentyabr – Bilik Günü münasibətilə valideynləri və şagirdləri təbrik edib, onların arzu və istəkləri dinləyib.

    Balacalarla ayrıca söhbət edən millət vəkili onlara məktəbin müqəddəs ocaq olduğunu bildirib və qeyd edib ki, məktəbdə gənc nəslə Vətəni, xalqı, valideynləri sevmək öyrədilir. Çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır. Daha ətraflı »

  • 13Сен
    Cəmiyyət Комментарии к записи Nizami Bələdiyyə aztəminatlı ailələrin uşaqlarının məktəb sevinci yaşadıb отключены

    Nizami (Gəncə ş.) Bələdiyyəsində övladları 2019-2020-ci tədris ilində birinci sinifə gedən, Nizami rayonunda yaşayan aztəminatlı ailələrlə görüş keçirilib. Bələdiyyənin sədri Qoşqar Məmmədov məktəbə yeni qədəm qoyacaq fidan körpələri yeni dərs ili münasibətilə təbrik edib, onlara yeni dərs ilində uğurlar, dərslərində müvəffəqiyyətlər arzulayıb, Vətənə layiqli övlad kimi yetişmələrini diləyib.

    Sonra uşaqlara çanta və məktəb ləvəzimatları hədiyyə edilib.

    Bələdiyyənin əməkdaşları həmçinin aztəminatlı ailələrin evlərində olub, bu ilə məktəbə qədəm qoyan birincilərə məktəb ləvazimatları hədiyyə ediblər. Daha ətraflı »

  • 13Сен
    Cəmiyyət Комментарии к записи Gəncədə bu günün hava отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindəAZƏRTAC-a verilən məlumata görə, Gəncədə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır. Daha ətraflı »

  • 12Сен
    Cəmiyyət Комментарии к записи Heydər Əliyev Fondundan 17 min uşağa hədiyyə отключены

    Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir.

    Trend-in məlumatına görə, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.

    Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir.

    Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq. Daha ətraflı »

  • 12Сен
    Cəmiyyət Комментарии к записи Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir отключены

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Daha ətraflı »

  • 12Сен
    Cəmiyyət Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Gəncədə gecə və səhər saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Seoulda olub отключены

    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Koreya Respublikasının paytaxtı Seoulda olub. O, burada Asiya İnkişaf Bankı və “CityNet” şirkətinin birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının əhatə etdiyi şəhərlərin aşağı karbonlu inkişafı” mövzusu ilə əlaqəli II Beynəlxalq Forumda iştirak edib.

    Forum zamanı Sistemli Aşağı Karbon Dönüşümü üçün ətraf mühitin inkişafı və problemlərinin həlli mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı bildirilib ki, nəqliyyat sektorunda havanın təmiz saxlanılması üçün aşağı karbonlu prioritetlərə kapital qoyuluşları müəyyən edilməli, iqlimə təsirin yumşaldılması üzrə tədbirlər görülməli, o cümlədən aşağı karbon inkişafı sahəsində olan təcrübə mübadiləsini həyata keçirərək yaşıl, rəqabətqabiliyyətli, dayanıqlı şəhərlər yaradılmalıdır. Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи Gəncədə özünüməşğulluq proqramı üzrə təlim keçirilib отключены

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə növbəti “Təlimçilərin Təlimi” proqramına başlayıb. Nazirlikdən verilən məlumata görə, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi təlimçilərə olan tələbatı da artırıb və bununla əlaqədar növbəti proqram yeni peşəkar təlimçilərin hazırlanmasına xidmət edir.

    Proqram çərçivəsində ilk təlim Gəncə şəhərinin Kəpəz rayon Məşğulluq Mərkəzində təşkil olunub. BƏT-in “Öz Biznesinə Başla və Təkmilləşdir” adlı proqramı əsasında keçirilən təlimdə Gəncə şəhəri də daxil olmaqla 13 şəhər və rayondan olan təlimçilər iştirak edir. Onlara BƏT-in baş təlimçisi tərəfindən təlimçilik bacarıqları və biznes planın hazırlanması metodikası tədris olunur. Daha ətraflı »

  • 11Сен
    Cəmiyyət Комментарии к записи “Azərsu” ASC-nin rəhbərliyi Gəncə, Göygöl və Naftalanda vətəndaşları qəbul edəcək отключены

    Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabrında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov sentyabrın 18-də Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.

    ASC-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 19-da “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. Sentyabrın 20-də isə ASC sədrinin müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

    Qəbullar Gəncə şəhəri Heydər Əliyev Mərkəzində, Göygöl və Naftalan sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq. Daha ətraflı »

  • 10Сен
    Cəmiyyət Комментарии к записи Gəncədə qanvermə aksiyası vətəndaşların həmrəyliyi şəraitində keçib отключены

    Aşura günü ilə bağlı Gəncədə «İmamzadə» dini kompleksində ənənəvi qanvermə aksiyası keçirilib. Gəncə şəhər İcra Hakmiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Naqif Həmzəyev, AMEAnın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, ADAUnun rektoru, professor İbrahim Cəfərov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov digər idarə, müəssisə rəhbərləri aksiyaya qoşulublar.

    İrsi qan xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədilə Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən aksiyada Gəncə ətraf rayonlardan təkcə 2 saat ərzində 600-ə yaxın vətəndaş iştirak edib.

    Səhər saat 9-dan başlayaraq Mərkəzi Qan Bankının Gəncə filialının 56 nəfərlik tibbi briqadası xüsusi qurulmuş çadırlarda vətəndaşlara xidmət göstəribdir. 32 nəfərin eyni vaxtda qan verməsi üçün hər cür şəraiti olan həmin məntəqə zəruri dərman tibbi vasitələrlə təmin edilmişdi. Bu mənəvi dəyərlər ətrafında həmrəy olan vətəndaşların sağlamlığı əvvəlcədən yoxlanılıb. Sağlamlığında problem olmayan 18 yaşdan yuxarı şəxslər qan veriblər. Daha ətraflı »

Səhifə 74 - 79«...102030...7273747576...»