17Июл
Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbində növbəti mühazirə “FAO və aqrar sahənin innovativ inkişafı ” mövzusunda olub.
Mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb. M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi, FAO-nun strukturu, fəaliyyət sahələri, strateji məqsədləri, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, həyata keçirilən proqramlar və layihələr, Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən yerinə yetirilmiş işlər və digər məsələlər barədə danışıb, diskusiyalar aparıb, tələbələrin verdiyi sualları cavablandırıb. Daha ətraflı »
17Июл
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili BMT-nin Əhali Fondu ilə birlikdə Gəncə şəhərində 11 iyul — Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans təşkil edib. Konfransda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Millət vəkili İlham Məmmədovm və başqaları iştirak ediblər
Öncə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi və Muzeyi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə cənab Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. O vurğulayıb ki, Azərbaycanın sürətli inkişafı bölgələri də əhatə edir. Daha ətraflı »
17Июл
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub. Daha ətraflı »
17Июл
Gəncədə hava günəşli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün Gəncədə hava günəşli olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti olacağı deyilir. Daha ətraflı »
16Июл
YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə “N” saylı hərbi hissədə müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir unudulmaz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Himni səsləndirilib.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bu günkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensialın yaradıldığını bildirib. Naqif Həmzəyev 1969-cu ilin iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı gələcəyinin təməlini qoyduğu kimi Azərbaycan Ordusunun da formalaşmasında müstəsna rolununun danılmaz olduğunun xüsusi ilə vurğulayıb. Daha ətraflı »
16Июл
Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin tədbirləri davam edir. Layihə çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkillərinin iştirakı ilə gənclərlə görüş keçirilib.
Görüşdə layihə rəhbəri Məleykə Əlizadə layihə haqqında məlumat verib, onun aktuallığından və vəkillərin iştirakı ilə keçirilən müzakirələrin vacibliyindən danışıb, zorakılığa qarşı mübarizədə ictimai vəkillərə ehtiyac duyulduğunu bildirib. Görüşdə Gəncə şəhər 1 saylı Vəkillər bürosunun müdiri Camal Əliyev iştirakçılara Vəkillik İnstitutunda aprılan islahatlardan, əhalinin az təminatlı hissəsinə pulsuz hüquqi yardım göstərilməsi barədə məlumat vermib, gəncləri maraqlandıran sualları cavablandırıb. Daha ətraflı »
16Июл
“2016-cı il iyul ayının 15-də Türkiyə növbəti dəfə dövlət çevrilişi astanasında oldu. Xalqın iqtidarla birliyi bir qrup xain hərbiçinin dövlət çevrilişinə cəhdinə imkan vermədi. Bu mübarizədə 251 nəfər türk vətəndaşı şəhid oldu, 1500-ə yaxın insan yaralandı”. Bu fikirlər Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar tədbirdə səsləndirilib.
Konsul Zəki Öztürk dövlət çevrilişinə cəhdin demokratiyaya və Türkiyə dövlətinə qarşı xaincəsinə cinayət olduğunu diqqətə çatdırıb. Diplomat Türkiyənin bu çətin vəziyyətə düşməsinə baxmayaraq, xalqın birliyi və səyi nəticəsində dövlət çevrilişinə cəhdin qarşısının alındığını, cinayətin təşkilatçılarının müəyyən olunaraq həbs edildiyini, bəzilərini isə ölkədən qaçdığını vurğulayıb. Daha ətraflı »
Yeni ismarıclar