Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 15Июл
    QHT

    Təşəbbüsün məqsədi xüsusən həssas icmalarda yaşayan vətəndaşların iştirakçılıq bacarıqlarının gücləndirilməsi, bu istiqamətdə səmərəli təşviqat və ictimai vəkillik işinin təşkili idi.
    Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi — Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Qərb bölgəsində «Həssas icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə» adlı təşəbbüs yekunlaşmaq üzrədir.

    Təşəbbüsün rəhbəri Südabə Məmmədova qeyd etdi ki, fəaliyyət 9 ay müddətində 3 istiqamətdə həyata keçirildi. Fəaliyyətdən haqqında məlumatı özündə ehtiva edən 1000 buklet çap olundu. Qaynar xətt və hüquqi yardım fəliyyətlərini həyata keçirmək üçün təşəbbüsün icrasına 2 hüqüqşünas cəlb edildi.
    Göygöl, Şəmkir rayonlarında müvəqqəti məskumlaşmış köçkün icmalarında maarifləndirmə görüşləri təşkil olundu, bukletlər paylandı. Görüşlərdə 150 nəfərdən çox qadın iştirak etdi. 60 nəfərdən çox məcburi köçkünə yerində səyyar hüquqi yardım göstərildi.
    Təşəbbüs çərçivəsində təşkil olunmuş qaynar xətt xidməti vasitəsilə 500 nəfərdən çox vətəndaşa hüquqi məsləhətlər verildi.
    Zorakılıqdan əziyyət çəkən, aztəminatlı ailədən olan, öz hüququnu müdafiə edə bilməyən 29 vətəndaş orderlə təmin olundu məhkəmədə hüquqları müdafiə edildi.
    Qeyd edək ki, bu təşəbbüs “Təmas” RİİB-nın sədri Südabə Məmmədova tərəfindən icra olunurdu. Qaynar xətt, pulsuz hüquqi yardım və məsləhət xidməti təşkilatın ofisində həyata keçirilirdi.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:40

İsmarıclar bağlıdır.