Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,467
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 16Сен

     Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan qərb regional şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayonunun Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb. Ona məxsus fərdi evə baxış keçirilən zaman yardımçı tikilidən 1 kiloqram 600 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

    Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayonda Otmanlı adlanan bağın ərazisində ümumi çəkisi 6,4 kiloqram olan və xüsusi aqrotexniki qaydada qulluq edilmiş 232 çətənə (kannabis) bitkisi və 48 kiloqram 200 qram qurudulmuş marixuana aşkar olunub.

    Faktla bağlı təhqiqat davam etdirilir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:17

İsmarıclar bağlıdır.