Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Сен

    Gəncədə «Könüllülər Kuboku»nun proqramına daxil olan növbəti idman layihəsi basketbol (3×3) oyunu yekunlaşıb. İdman yarışı Gənclər və İdman Nazirliyi,  «Azərbaycan İdman Könüllüləri » İctimai Birliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib. 

    Basketbol (3×3) idman növündə «Könüllülər Kuboku» COVİD-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən  açıq hava şəraitində, tamaşaçısız və həkim nəzarəti altında keçirilib.

    Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov mükafatlandırılma mərasimində iştirak edib və qalib komandaları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.

    Sonda qalib komandalar diplom, medal və kubokla təltif olunublar.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:34

İsmarıclar bağlıdır.