Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Окт
    W 161603024065372962385 1000x669Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baxıb.

    Baş ravvinə məlumat verilərkən sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurduğu bildirilib.

    Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

    O da qeyd olunub ki, oktyabrın 11-də də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

    Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal Ermənistan ordusunun dinc sakinləri hədəfə almasını pisləyərək deyib: “Burada mənə həmin gecənin dəhşətlərini danışdılar. Dinc əhaliyə qarşı belə cinayət törətmək çox dəhşətlidir. Dünya bu barbarlığa göz yummamalıdır. Bu cinayətlərin qarşısı alınmalıdır. Belə sakit yaşayış yerini dağıntılar içində görmək çox dəhşətlidir. Kim bizi eşidirsə, ona müraciət edirəm, bu terroru dayandırmaq lazımdır”.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:18

İsmarıclar bağlıdır.