Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Ноя
    IMG 3570

    Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında ermənilərin Gəncə, Bərdə və digər şəhərlərdə törətdikləri terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

    Tədbirində cənubi azərbaycanlılar və Britaniya vətəndaşları da iştirak ediblər. İşğalçı Ermənistan ordusunun Gəncə və Bərdəyə etdiyi raket hücumları nəticəsində həlak olan mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Aksiya iştirakçıları əllərində həlak olan şəxslər barədə məlumatların yer aldığı plakatlar saxlayıb, “Paşinyanı dayandırın!”, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!” kimi şüarlar, habelə ingilis dilində bəyanatlar səsləndirərək ətrafdan keçənləri erməni təcavüzü barəsində məlumatlandırıblar. Bundan əlavə “Gəncə üçün dua edək”, “Bərdə üçün dua edək” kimi plakatlar da qaldırılıb.

    Tədbirin sonunda Azərbaycan himni səsləndirilib.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:11

İsmarıclar bağlıdır.