Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Ноя

    G72A7172Biz Gəncədə baş verən erməni terroru ilə bağlı buradayıq. Türkiyə həmişə Azərbaycanın yanında olub. Eyni zamanda, bizim bu haqq işimizdə xaricdə yaşayan türk icmaları da Azərbaycan icmalarına dəstək veriblər. Bunu Gəncədə səfərdə olarkən jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

    Fuad Muradov qeyd edib ki, Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir: “Bu gün bizim haqlı mücadiləmizə qarşı yalan məlumatların yayılmasında ermənilər xüsusi canfəşanlıq edirlər. Biz bununla bağlı da birgə mübarizə aparırıq.

     

    Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren buradan qayıdarkən bütün türk icmalarına, xaricdə yaşayan soydaşlarına erməni vəhşiliyi barədə məlumat verəcək. Bizim birgə yol xəritəmiz var və bu istiqamətdə işlərimiz davam edir. Bu gün Türkiyədə elə bir insan yoxdur ki, Gəncənin, Bərdənin, Naftalanın, ümumiyyətlə hərbi obyektlərin olmadığı şəhərlərin bombalanmasını pisləməsin”.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini deyən F.Muradov qeyd edib ki, türkiyəli qonaqlar general-mayor Polad Həşimovun və Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun ailələrini də ziyarət ediblər.

    Fuad Muradov İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyib və ilk gündən Azərbaycanın İzmirlə birlikdə olduğunu bildirib.

    Xaricdəki Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Erenlə birlikdə Gəncəyə səfər edib. Səfər cəbhə zonasından xeyli kənarda yerləşən Gəncədə erməni terrorunun izləri ilə tanışlıq məqsədi daşıyıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:05

İsmarıclar bağlıdır.