Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Ноя

    (İkinci Qarabağ savaşının ilk şəhidi Paşayev Abdulla Sultan oğlunun xatirəsinə)

    Vətən üçün döyüş yolunu seçdin,

    Qarabağ uğrunda canından keçdin.

    Qəhrəman əsgərtək dünyadan köçdün,

    Xalqın iftixarı şəhid Abdulla.

     

                             Səninlə fəxr edir doğma elimiz,

                             Fərəhlə döyünür ürəklərimiz.

                             Heç zaman tükənməz sənə sevgimiz,

                             Xalqın iftixarı şəhid Abdulla.

    Biz səni parlayan günəş sanırıq,

    Həmişə yad edib qürurlanırıq.

    Üzümüz gülsə də, içdən yanırıq,

    Xalqın iftixarı şəhid Abdulla.

     

    Anan-bacın sənsiz yaman gündədi,

    Əkiz tayın Rəhim sanki çəndədi.

    Ürək dostun Röyal qəm içindədi,

    Xalqın iftixarı şəhid Abdulla.

     

    Qaniçən düşməndən qisas almısan,

    Şərəflə vuruşub, zəfər çalmısan.

    Döyüş meydanında şəhid olmusan,

    Xalqın iftixarı şəhid Abdulla.

     

    Tezliklə ordumuz qələbə çalar,

    Körpə uşaqların heyfini alar.

    Yurdumuz düşməndən tam azad olar,

    Xalqın iftixarı şəhid Abdulla.

     

    İnşallah, millətim kama çatacaq,

    Qüssəni qəlbindən silib atacaq.

    İrzatək sizləri uca tutacaq,

    Xalqın iftixarı şəhid Abdulla.

    İrza VÜQARLI

    17.10.2020.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:21

İsmarıclar bağlıdır.