Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Ноя
    IMG 20201030 WA0054 01   копия

    Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda həyata keçirilən uğurlu əks-hücum əməliyyatı davam edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olur.

    Bu gün Azərbaycan xalqı bir yumruq halını alıb — həm ön, həm də arxa cəbhədə bu birlik his olunur. Bu tarixi günlərdə hamı bacardığı qədər əsgərlərimizə yardım etməyə can atır, təşəbbüs göstərir. Xeyirxah və səxavətli xalqımız, ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizə dəstəyini əsirgəmir. 7-dən 77-yə hər kəs — kimliyindən, sosial statusundan və yaşından asılı olmayaraq…

    Onların sırasında Gəncə şəhərində yaşayan 36 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Muhəmmədəli Mustafa Ramil oğlu da var. O da bu nəcib təşəbbüsə qoşulub. Muhəmmədəli Mustafa 3 il ərzində qəpik-qəpik topladığı vəsaitin bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürməyi qərara alıb. Məbləğin qalan hissəsini isə şəhid övladları üçün ayırıb.

    Muhəmmədəli Mustafa deyir ki, o pulu özünə velosiped almaq üçün toplayıb, lakin arzusunda olduğu velosipedi babası ona hədiyyə edib. Bundan sonra o topladığı 300 manatın yarısını orduya ianə etmək, digər hissəsinə isə şəhid övladları üçün oyuncaq – gəlinçik, avtomobil və s. almaq qərarına gəlib. Məqsədi bütün hər kəs kimi, orduya dəstək nümayiş etdirmək və qazanılacaq qələbə də kiçik də olsa, öz payının olduğunu bilməkdir.

    VİDEO üçün keçid linki: https://youtu.be/HaGFmviqbxM

    Yaşar Nəbiyev

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:16

İsmarıclar bağlıdır.