Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,572
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Ноя

    IMG 9438Azərbaycanda səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin rektoru Şenay Yalçının başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlib. Türkiyəli qonaqlar ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra onlar cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.

    Qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk və digər rəsmilər müşayət ediblər.

    Məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

    Gəncə şəhəri ümumilikdə 5 dəfə — oktyabrın 4-ü, 5-i, 8-i. 11-i və 17-də Ermənistan ərazisindən məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Nəticədə 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.

    Erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış  evlərin və binaların ətrafına gül düzülüb, dualar oxunub.

    Türkiyənin Nişantaşı Universitetinin rektoru Şenay Yalçın bildirib ki, Türkiyənin Nişantaşı Universitetində təhsil almaq istəyən Gəncədəki şəhid ailələrinin övladlarına təqaüd vermək məsələsində həm səfirliklər, həm də digər rəsmi şəxslərlə müzakirələr aparır: “Bakıya qayıtdıqdan sonra Azərbaycanın təhsil naziri ilə bu məsələ ərafında fikir mübadiləsi aparmağı planlaşdırırıq”.

    Şenay Yalçın həmçinin qeyd edib ki, Nişantaşı Universiteti və Gəncə Dövlət Universiteti akademik əməkdaşlıq sənədi çərçivəsində Qafqazdakı bütün məsələləri birgə araşdıracaqlar.

    “Azərbaycan geosiyasi və geostrateji mövqeyi ilə türk dünyasına açılan qapıdır. Bundan sonra Azərbaycanla birgə işlərimizdə daha yaxşı nəticələrin olacağına inanıram”, — deyə o qeyd edib.

    Sonda Ermənistanın sentyabrın 27-dən  Azərbaycan Respublikası ərazisinə və xalqına qarşı həyata keçirdiyi hücumlarla bağlı bəyanat səsləndirilib.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:32

İsmarıclar bağlıdır.