Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,642
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 23Дек

    WhatsApp Image 2020 12 21 At 13.56.05Gəncədə “İdarə, müəssisə və təşkilatlarda xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən həyata keçirilən reydlər davam edir. Bu dəfə nəzarət qrupunun üzvləri şəhərdə fəaliyyət göstərən iri marketlər və sənaye müəssisələrində olublar. Reydlərdə Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları da iştirak edirlər.

    Nəzarət qrupunun üzvləri obyekt sahibləri ilə söhbətlər aparıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl olunmasının vacibliyini bir daha xatırladılar.

    Sözügedən müəssisələrdə hərarət ölçənin olması, işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, həmçinin binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tibbi maskalardan düzgün istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

    Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən 100-ə yaxın sakin barəsində protokol tərtib edilib, 10-dan artıq şəxsə isə şifahi xəbərdarlıq olunub.
    Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar keçirilən reydlər davam edir.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:26

İsmarıclar bağlıdır.