Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,685
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 19Фев

    Ruslan Zeynal oğlu İsmayılov 1998-ci il aprel ayının 3-də Gəncə şəhərində dünyaya göz açıb. 2005-ci ildə Gəncə şəhər 1 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2016-cı ildə orta təhsilini başa vurub və elə həmin ilin küləkli bir payız günündə həqiqi hərbi xidmətə yola düşüb. Əsgəri xidmətini Naxçıvan MR-nın Şahbuz rayonunda yerləşən «N» saylı hərbi hissədə, hərbi hissə komandiri Tehran Mənsumovun komandanlığı altında başa vurub. 2018-ci ilin ilıq bir yaz səhərində doğma şəhərinə dönüb. Bir neçə aydan sonra «NB» Satınalma və Ticarət Mərkəzində operator işinə başlayıb. Tezliklə öz bacarığını nümayiş etdirən Ruslan sadəliyi, səmimiliyi, böyük-kiçik yeri bilməsi ilə hər kəsin xətir-hörmətini qazanıb.

    Bu xüsusiyyətlər həm də onun ailə tərbiyəsindən irəli gəlirdi. Valideynlərinin hər ikisi pedaqoji sahədə çalışırlar və öz sahələrinin tanınmış simalarıdırlar. Atası Zeynal İsmayılov şəhərin tanınmış müəllim-musiqiçisi, anası Lətafət xanım isə GDU-nin müəllimidir. Hər ikisi geniş ictimai əlaqələrə sahibdirlər.

    Bəlkə elə buna görə də övladları Durna və Ruslanın təlim-tərbiyələrinə, etiket qaydalarını dərindən mənimsəmələrinə ciddi nəzarət ediblər. Hazırda Gəncə Dövlət Universitetinin son kurs tələbəsi olan Durna qardaşı Ruslan 

    haqqında fəxrlə danışır: «Aramızda yaş fərqi olsa da, Ruslanla bir sinifdə oxumuşuq. O, həddindən artıq dəcəl idi. Amma çox ürəyitəmiz, qayğıkeş, diqqətli idi. Bacılar üçün qardaşın xüsusi yeri var. Çünki qardaş  arxa, dayaq deməkdir. Ruslan da həmişə mənim güvənc yerim olub. O, çox yaxşı qardaşdır. Fəxr edirəm ki, belə igid, qorxmaz, 

    torpaqlarımızın azadlığı uğrunda sağlamlığını fəda etməkdən çəkinməyən qəhrəman bir döyüşçünün bacısıyam».

    İsmayılovlar ailəsi Gəncədə doğulub-böyüsələr də, əslən qarabağlıdırlar. Ruslan h

    ələ kiçik yaşlarından böyüklərin Qarabağla bağlı xatirələrini həvəsl

    ə dinləyir, indi neyçün Qarabağa gedib-gələ bilmədiklərinin səbəbini anlamağa çalışsa da, bir qənaətə gələ bilmirdi. Ağlı kəsəndə isə bu səbəb ona o qədər də məntiqli görünmədi. Ürəyində: «Mənim dədə-baba yurdum niyə düşmən tapdağı altında qalmalıdır? Doğmalarımın ruhu o yerlərdən niyə perik düşməlidir?» – deyirdi. Böyüdükcə qəlbini didib-parçalayan bu «niyə»lərdən xilas olmağın yollarını axtarır, bir gün bu «niyə»lərin cavabını tapacığı günün gələcəyinə ümid bəsləyirdi. Nəhayət o gün gəldi. Həm də Ruslanın heç ağlına gəlmədiyi bir vaxtda!

    27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi haqqın bərqərar olacağı günə

     olan inamların yaz günəşi oldu. Ruslanın da qəlbindəki ümid işartısı sanki pardaqlandı o gün. 2 gün sonra – sentyabr ayının 29-da ölkəmizdə elan edilmiş qismən səfərbərliklə əlaqədar onu cəbhəyə çağıranda çox ürəkli idi. Avtobusa minib Hərbi komissarlığın həyətindən çıxanda onu yola salmağa gəlmiş atasına pəncərədən əl edib: «Narahat olma, ata, mən zəfərlə qayıdacağam» – dedi. Ata da, ana da, bacı da inandı ona. Çünki Ruslan heç vaxt yalan danışmazdı. Verdiyi sözü nəyin bahasına olursa-olsun, yerinə yetirərdi.

    Bir neçə günlük təlimdən sonra Ruslanın döyüş yolu Füzuli bölgəsindən başladı. Daha sonra Cəbrayılın, Füzulinin, Qubadlının azad olunmasında fəal iştirak etdi. Oktyabr ayının 30-da Laçının Güləbird kəndi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı minamyot mərmisindən ağır yara aldı. Sağ qolunun qəfil yanına düşməsi döyüş silahı olan pulemyotunu susdurdu. Ruslanı atəş altından döyüşçü dostu Emin çıxardı. Emin Məmmədovla Ruslanın ömür yolu hələ Naxçıvanda həqiqi hərbi xidmətdə olarkən birləşmişdi. Səfərbərliklə bağlı çağırışda da bir yerdə olmaları hər ikisini sevindirmişdi. Vəziyyət çətin olduğundan Ruslan yalnız döyüşçü dostlarının etdiyi ilkin tibbi yardımla kifayətlənməli oldu. Ağrı dözülməz olsa da, dözdü. Onsuzda hava qaralmayanacan heç bir tibbi yardım maşını gələ bilməyəcəkdi. Bir saat əvvəl isə onun adaşı olan komandiri Ruslan yaralanmışdı…

    …Artıq 4 ay keçsə də, Ruslan hələ də sağ qolunu işlədə bilmir. İndi onun, sözün əsl mənasında, sağ əli ailəsi, xüsusən də anasıdır. Həkimlərə minnətdarlıq edir ki, qolunun sümüklərini müasir tibbi avadanlıqlar vasitəsilə bir yerə yığmaq nə qədər çətin olsa da, yenə də şükür ki, amputasiyaya ehtiyac qalmadı.

    Ruslan İsmayılov Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Hərbi xidmətə görə», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» və «Laçının azad olunmasına görə» medalları ilə təltif edilib.

    Allah şəfanı versin, igid döyüşçü! Qalib əsgər olaraq düşmən tapdağından azad etdiyin Qarabağ torpağı yolunu gözləyir! Tezliklə sağal və o yerləri artıq bir döyüşçü kimi deyil, qarabaglı kimi gəzib dolaş. Bu, sənin haqqındır!

    Fərruxə UMAROVA 

     

     

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:05

İsmarıclar bağlıdır.