Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,685
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 22Фев
    Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ölkədə olduğu kimi Gəncədə də koronavirus pandemiyasına qarşı vaksinləşmə prosesi uğurla davam edir. Hazırda 50, 60 yaş və ondan yuxarı olan risk qrupuna daxil edilən insanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə işi həyata keçirilir.

    Gəncədə “COVID-19”-a  qarşı vaksinasiya ilə əlaqədar olaraq  6 tibb məntəqəsi yaradılıb. 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinika Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb.

    Gəncəyə ümumilikdə 16 279 doza vaksin gətirilib. Bu günə qədər 6473 nəfərə peyvənd vurulub. Onlardan 2659 nəfəri tibb işçisi, 3814 nəfər isə 50, 60 yaş və ondan yuxarı olan risk qrupuna daxil edilən vətəndaşlardır.

    Qeyd edək ki, vaksinasiya olunan vətəndaşlarda heçbir mənfi əlamət və ya yan təsir hiss olunmayıb.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:37

İsmarıclar bağlıdır.