Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 02Мар
    Erdogan0315 2 14767607 6315643 822

    Türkiyə hər zaman Azərbaycanın yanında olub. Azərbaycan da öz növbəsində daim Türkiyəyə dəstəyini nümayiş etdirib. Son tarixi proseslər Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyü «Bir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra Türkiyənin Ermənistanla sərhədlərini bağlaması özü dostluğun, qardaşlığın rəmzi idi.

    Türkiyə Vətən müharibəsinin başladığı ilk gündən də Azərbaycana öz dəstəyini açıq şəkildə bəyan etdi.  

    Prezident İlham Əliyev: Müharibə dövründə ilk günlərdən əziz qardaşım, hörmətli Prezident açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akar, xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək oldu”.

    Türkiyə müharibədən sonra da Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə dəstək verir. Bununla yanaşı qardaş ölkə işğaldan azad olunan yerllərin bərpasında da yer alacaq. artıq ilk kontraktlar da bağlanılıb.

    Prezident İlham Əliyev: Bizim üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib”.

    Əvvəlki illərə nəzər salsaq görərik ki, Türkiyə şirkətləri bundan əvvəl də Azərbaycanda dövlət xətti ilə icra edilən bir çox layihələrdə yer alıblar. Türkiyə şirkətləri tərəfindən Azərbaycanda — Bakıda və bir çox başqa yerlərdə təqribən 10 milyard dollardan çox dəyəri olan layihələr icra edilib.

    Prezident İlham Əliyev: Biz azad edilmiş torpaqlarda bir çox sahələrdə Türkiyə şirkətlərini görmək istəyirik. Əminəm ki, görəcəyik, inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində. Ona görə görüləcək işlər çox olacaq. Bundan sonra da, inşallah, bərabər gedəcəyik”.

    Bəli, Azərbaycan və Türkiyə tarixin müxtəlif mərhələlərində bir-birlərinə dəstək nümayiş etdiriblər  və bu proses indi də davam edir. Ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi kimi ümummilli mənafelər birləşdirir. Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmü, tarixi zərurətdir!

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:09

İsmarıclar bağlıdır.