Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,721
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Мар
    YAP 3 saylı Texnologiya Universiteti ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib. Əvvəlcə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gənclərinin fədakarlığından danışılıb. Düşmən üzərində qazanılan böyük qələbədə Vətənini, torpağını böyük məhəbbətlə sevən, döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, qazi adını qazanan oğulların bəhs olunub.

    YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov, təşkilatın İdeologiya şöbəsinin müdiri Tural Verdiyev, Gənclər Birliyinin sədri Kamran Abbasov, ərazi ilk partiya təşkilatının sədri Piri Axundov, tələbələrdən Sədayə Eyvazlı, Pərvin Abbasova və digərləri çıxış edərək, hakim partiyanın sıralarında qürurla addımlayan gənclərin partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirdiklərini qeyd ediblər. Bildirilib ki, tariximizdə yeni mərhələnin əsasını qoyan, siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri ilə seçilən, cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı günü-gündən artır.

    Tədbirdə təhsil göstəriciləri və şəxsi nailiyyətləri yüksək olan, ödənişli əsaslarla təhsil alan gənclərin təhsil xərclərinin maliyyələşdirilməsinə yardım etmək məqsədi ilə yaradılan Azərbaycan Təqaüd Portalı və yeni veb-saytı (www. teqaud.az) haqqında ətraflı məlumat verilib.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:18

İsmarıclar bağlıdır.