Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 09Авг
    Universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrində keçiriləcək təlimlər baytarlıq istiqaməti üzrə müxtəlif mövzuları əhatə edərək əsasən praktiki dərslərdən ibarət olacaq.
    Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, təlimlər baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

    Diqqətə çatdırılıb ki, ADAU-nun Baytarlıq klinikası, Tədris-təcrübə təsərrüfatı, Müasir Heyvandarlıq kompleksləri, Quşçuluq tədris mərkəzi, Açıq və qapalı balıqyetişdirmə laboratoriyaları, Süni mayalanma tədris mərkəzi və s. baytarlıq sahəsi üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaradır.

    Qeyd edək ki, təkmilləşdirmə kursu ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Həmçinin kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:11

İsmarıclar bağlıdır.