Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Сен
    Tədbirdə çıxış edən DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov Yəhudi Dini İcmasının üzvlərini DQİDK-nin sədri Mübariz Qurbanlı və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından təbrik edib. O qeyd edib ki, hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilən “Roş-Ha-Şana” bayramı yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir. Azərbaycanda yaşayan bütün xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğunu bildirən Həsən Məmmədov, yəhudi icması üzvlərinin də burada daimi əmin-amanlıq şəraitində yaşadığını, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxladıqlarını qeyd edib. 

    Yəhudi Dini İcmasının sədri Arif Babayev onlara göstərilən diqqətə görə DQİDK-nin sədri Mübariz Qurbanlıya və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova öz təşəkkürünü bildirib. O, həmçinin vurğulayıb ki, Azərbaycan tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilir. Yəhudi icmasının ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı özünəməxsusluğu, Azərbaycanda gedən böyük tərəqqi və inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirməsi də məhz bundan xəbər verir. 
    Ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəraitdə təşkil olunan tədbir, bayram süfrəsi ətrafında davam edib. 
    Qeyd edək ki, “Roş-Ha-Şana” yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı hesab edilir. Bayram günündə dualar oxunur, ehtiyacı olanlara əl tutulur, Tanrıdan günahların bağışlanması dilənir. Bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, ilboyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:10

İsmarıclar bağlıdır.