Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 15Окт

    Poeziyamızın sönməz günəşi

    AYB Gəncə bölməsində “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar” mövzusunda keçirilən tədbir 44 günlük Vətən müharibəsində şəhid olmuş oğulların və dünyasını dəyişmiş yazarların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı.

    Bölmənin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova Nizami Gəncəvinin yaradıcılığı haqqında geniş məlumat verdi. O, Nizami dühasının bütün bəşəriyyəti heyrətdə qoyduğunu və şairin ədəbi irsinin tükənməz mənəvi sərvət olduğunu bildirdi. 

    Gəncə Regional Mədəniyyət Mərkəzinin rəisi Vasif Cənnətov 2021-ci ilin «Nizami Gəncəvi ili» elan olunmasını, bununla bağlı regional idarənin təşəbbüsü ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı kimi yazarların iştirakı ilə keçirilən tədbiri müsbət qiymətləndirdi.

    Respublikanın Əməkdar mədəniyyət içşisi, şair-publisist Bəxtiyar Muradov çıxış edərək, Nizami yurdu qədim və həmişəcavan Gəncəyə, Nizami Gəncəviyə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısının bu gün ölkə rəhbəri İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirilməsindən danışdı.

    Sonra şair və yazıçılardan Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, Saleh Qurbanov, Zaur Quliyev, Anar Bürcəliyev, Zahir Şirani, Ramiz Təmkin və başqaları çıxış edərək böyük mütəfəkkirin dünya mədəniyyətinə bəxş etdiyi sənət incilərindən söz açdılar, Nizami Gəncəviyə həsr olunmuş şeirlərini oxudular.

                                                       İlhamə YUSİFOVA,

    AYB Gəncə bölməsi

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:34

İsmarıclar bağlıdır.