Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,046
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 10Фев

    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə geniş tərkibli ümumrespublika müşavirəsi keçirilir.

    “Report”un xəbərinə görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də prezident seçkilərinin keçiriləcəyini bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı Prezident İlham Əliyevin bu seçkilərdə namizədliyini irəli sürüb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunub. Bu reallıqlar Prezident İlham Əliyevin siyasi reytinqini daha da artırıb.

    Ə.Əhmədov qeyd edib ki, qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər növbəti yeddi ildə özünün və ailəsinin firavanlığına səs verəcəklər. Əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkəmizin daha da qüdrətlənməsi Prezident İlham Əliyevin siyasətinin əsas prioritetləridir.

    Ümumrespublika müşavirəsi işini davam etdirir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:51

İsmarıclar bağlıdır.