Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,314
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 07Мар

    Təhsil Nazirliyinin təşkilatçılığı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə GəncədəMilli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolumövzusunda növbətiNovruz mühazirəsikeçirilib.

    Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri KİV təmsilçiləri iştirak edib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin digər ölkələrdən 30 nəfər əcnəbi tələbə iştirakçılar sırasında olub.

    Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib önünə gül dəstələri qoyulub.

    Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.

    Dövlət himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100- ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi barədə imzaladığı Sərəncamın dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu deyib. İcra hakimiyyəti başçısının müavini əvvəlcə Tiflisdə, daha sonra Gəncə şəhərində fəaliyyət göstərən Şərqdə ilk parlament respublikasının milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadığını qeyd edib.

    Təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini diqqətə çatdıraraq, bunu tarixi hadisə adlandırıb. O, bu dövrdə xalq təhsili maarifləndirmə üzrə ilk nazirliyinXalq Maarif Nazirliyinin yaradıldığını, məktəblərin milliləşdirilməsi siyasətinin həyata keçirildiyini vurğulayıb. Həmçinin Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə yola salındığı bildirilib.

    Sonra tarix elmləri doktoru, professor Solmaz RüstəmovaTohidininMilli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolumövzusunda mühazirəsi dinlənilib. Cümhuriyyət qurucularının həyatı, ictimaisiyasi fəaliyyətləri haqqında ətraflı məlumatın yer aldığı mühazirədə qeyd olunub ki, gərgin mürəkkəb ictimaisiyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq bir çox sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.

    Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyası solistlərinin ifasında konsert proqramını dinləyiblər. Həmçinin ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, “Çökək hamamı Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar.

    Böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı məqbərə haqqında məlumatlar verilib.

    Qeyd edək ki, Təhsil Nazirliyi 2016- ildən etibarənNovruz mühazirələrikeçirir. Mühazirələrdə deputatlar, tanınmış alimlər, beynəlxalq yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:32

İsmarıclar bağlıdır.