Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,839
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 16Мар

    İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami yurdunda isveçrəli kinematoqrafçıların istehsalı olan “Haydi” filmi nümayiş etdirilib.

    Nümayişdən öncə Gəncə şəhər İcra Hakimiyyəti rəsmisi Həsən Məmmədov qonaqları salamlayaraq, Prezident cənab İlham Əliyevin diqqət və qayğını nəticəsində Nizami yurdunun sürətlə inkişaf etdiyini bildirib. Gəncədə beynalxalq tədbirlərinən yüksək səviyədə keçirilməsi üçün bütün şəraitin mövcud olduğunu xüsusi vurğulayan Həsən Məmmədov, səfirlik tərəfindən təşkil olunan layihələrin də uğurla həyata keçirildiyini bildirib.

    İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri müavini xanım Liliana Pesçini Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə olduğundan məmnunluq hissi duyduğunu bildirib. Bakı ilə yanaşı qədim tarixə, mədəniyyətə malik olan Nizami yurdunda iki layihəni həyata keçirildiyini deyən Liliana Pesçini İsveçrənin zəngin tarixini nümayiş etdirmək üçün Gəncə şəhərinin seçilməsinin heç də təsadüfü olmadığını qeyd edib.

    Daha sonra film nümayiş etdirilib.

    Qeyd edək ki, “Spielfilm”in istehsalı olan ekran əsəri İsveçrə yazıçısı İohan Spirin “Haydi” adlı povesti əsasında çəkilib. Film körpəlikdən yetim qalan və İsveçrənin Alp dağlarında babasının yanında yaşayan azyaşlı qız – Haydinin həyatından bəhs edir. Uşaqlar üçün nəzərdə tutulan əsər dəfələrlə dünya kinematoqrafçıları və animasiyaçıları tərəfindən müxtəlif variantlarda ekranlaşdırılıb və hər dəfə də geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

    Bildirək ki, mart ayının 16-da isə İsveçrənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirliyi tərəfindən Məhsəti Gəncəvi Mərkəzində təşkil olunacaq sərgidə Sedrik Kristofer Merklinin 36 əsəri nümaiş ediləcək. Sərgidəki şəkillər İsveçrədə keçirilən “Pendir Bölüşməsi” layihəsini tərənnüm edəcək.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:04

İsmarıclar bağlıdır.