Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,245
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 09Апр

    Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

    Azərbaycan Texnologiya Universiteti YAP Gənclər Birliyinin sədri Rafiq Hüseynov bildirib.

    Rafiq Hüseynov qeyd edib ki, cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti onların hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını təmin etməkdədir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Ölkə Başçısının müdrik siyasəti nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Məhz buna görə də ölkə gəncləri ilə yanaşı ictimai-siyasi proseslərdə daim fəallıq göstərən Gəncə gəncləri də 11 aprel prezident seçkilərində yaxından iştirak edəcək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:29

İsmarıclar bağlıdır.