Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Апр

    Ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində prezident seçkiləri ilə bağlı səsverməyə start verilib, bütün seçki məntəqələri saat 8:00-da qapılarını seçicilərin üzünə açıb.

    37, 38, 39, 40 saylı Seçki Dairələri üzrə seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin gedişatı ilə bağlı məlumatların operativ olaraq ötürülməsi üçün bütün məntəqələr rabitə və yüksəksürətli internetlə təmin olunub.

    Prosesi canlı izləmək üçün 40 məntəqədə veb-kamera quraşdırılıb. 4 Seçki Dairəsi üzrə 107 məntəqədə 150 min 869 səsvermə hüququ olan vətəndaşın adı siyahıya alınıb.

    38 saylı Nizami II (Gəncə) Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində saat 8-dən etibarən seçici fəallığı var, artıq ilk seçicilər öz namizədlərinə səs vermək üçün seçki məntəqəsinə üz tutub, müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirmək naminə öz vətəndaşlıq borclarını yerinə yetirməyə gəliblər.

    Məntəqədə prosesi müşahidə etmək üçün müşahidəçilərin və mətbuat nümayəndələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Rabitə sistemi, veb-kamera quraşdırılıb. Seçki məntəqələrinə gələn sakinlərdə ruh yüksəkliyi müşahidə olunur. Hamı özünün və ailəsinin, bütövlükdə ölkəsinin sabahı naminə daha layiqli namizədə etibar etmək üçün Konstitusiya hüquqlarından istifadə etməklə vətəndaşlıq borcunu yerinə yetirmək arzusundadır. Elə bu arzu ilə səhər saat 8.00-dan etibarən seçki məntəqəsi dolub, boşalırdı. Seçicilər növbə ilə, heç bir təzyiq olmadan sərbəst şəkildə istədikləri namizədə səs verirlər.

    38 saylı DSK-nın 5 saylı seçki məntəqəsinin sədri Əliağa Səfərəliyev: -Seçkilərə start verildiyi ilk andan məntəqəmizdə coşqu var. Məntəqəmizdə 1363 seçici var. Seçki gününə kimi seçicilər arasında aparılan təşviqat, maarifləndirmə işlərinin nəticəsidir ki, artıq bu coşqunu görürsüz. İnsanlar sərbəst şəkildə məntəqələrə üç tutur. Ümidvarıq ki, günün axırına kimi seçki prosesi mütəşəkkillikə davam edəcək.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:25

İsmarıclar bağlıdır.