Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,245
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Май

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümündə həsr olunan konsert Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Heydər Əliyev park-kompleksindəki Zəfər Tağının önündə təşkil olunan konsertdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.  

    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi Gəncədə də silsilə tədbirlərlə qeyd edilir. Ümummili lider çox böyük hörmət və ehtiramla yad olunur. O, müasir Azərbaycanın qurucusudur. Heydər Əliyev olmasa idi, bugünki Azərbaycan da olmazdı. Bu gün onun qurduğu Azərbaycan Respublikası dövrün tələbinə uyğun olaraq inkişaf edir, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı düşünülmüş siyasət nətincəsində inamla gələcəyə doğru addımlayır. Bu inkişaf Gəncədə də qabarıq şəkildə görsənir. Şəhərdə bir çox irimiqyaslı tikinti layihələri reallaşdırılır, geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Gəncə öz tarixi və memarlığını qorumaqla müasirləşir, gözəlləşir və bu inkişaf gələcəkdə də davam edəcək.

    Rəsmi hissədən sonra Türkiyənin sevilən müğənnisi Fərhat Göçer Gəncə tamaşaçıları qarşısında möhtəşəm performas sərgiləyib. Öz şəxsi ansamblının müşayəti ilə ən hit mahnılarını səsləndirən türkiyəli sənətçi tamaşaçıları coşdurmağı bacarıb.

    Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında dediyi, bir millət iki dövlət fikrini xatırladan Ferhat Göçer, Gəncədə özünü çox rahat və doğma məkandakı kimi hiss etdiyini deyib.

    Ferhat Göçer konsert zamanı Azərbaycanın bəstəkar və xalq mahnılarına da müraciət edib. Müğənninin ifa etdiyi “Gəncədən gəlirəm”, “Olmaz-olmaz”, “Gəl ey səhər” və “Xalq Heydər söyləyəcək” kimi mahnılar alqışlarla qarşılanıb.

    Konsertdə Gəncə Dövlət Filarmoniyasının və Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi də çıxış edib.

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümündə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

    Konsertin videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:

    https://www.youtube.com/watch?v=Mhu4TRBIKvg&feature=youtu.be

     

    Yeganə Qurbanova 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:21

İsmarıclar bağlıdır.