Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,245
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 17Май

    Bunu icra başçısı Elmar Vəliyevin sakinlərlə

    görüşündən ayrılan hər kəs ürəklə söylədi

     

      Cəmi 10 gün əvvəl Gülüstan yaşayış sahəsindəki Aydın Nəbiyev küçəsində sakinlərlə görüşü zamanı müraciət şikayətləri dinləyən icra başçısı Elmar Vəliyev həmin problemlərin qısa bir vaxtda aradan qaldırılması üçün aidiyyəti təşkilatlara tapşırıqlar verdi.

    10 gün sonra isə bir daha həmin ərazidə sakinlərlə görüşə gələn icra başçısına müraciətlər fərqli idi. Söz istəyənlər yalnız təşəkkürlərini bildirirdilər. Çünki həmin ərazidə aparılan təmirbərpa işləri nəticəsində 1200 metr məsafədə eni 16 metr olan yol piyadalar üçün səki tam asfaltlanıb, 2400 p/metr bordür daşı düzülüb, ictimai nəqliyyat üçün yeni dayanacaq yaradılıb. Ərazini işıqlandırmaq üçün 45 ədəd yeni işıq dirəyi quraşdırılıb. Bununla yanaşı 100-dən çox evin fasadı təmir olunub, qarşısına 200-dən çox ağac gül kolu əkilib. Ərazinin su, kanalizasiya, qaz elektrik şəbəkəsi tam yenilənib.

    Şahid Hümbətov övladı Məleykənin işlə təmin olunmasına görə minnətdarlığını bildirdi. Leyli Abbasova yaradılan şəraitdən sakinlərin razı qaldığını dilə gətirdi. Şövqü Salmanov isə işlə təmin olunduğu üçün ailə büdcəsinin yaxşılaşdığını qeyd etdi. Hər kəsin ürəyi sözlə dolu idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir ölkə vətəndaşına qayğısından irəli gələn bu təşəkkürlər bir daha sübut edir ki, sakinlərin rahat firavan yaşamasına yönələn sosialyönümlü tədbirlər böyük razılığa səbəb olur. Görüş zamanı şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirdi ki, şəhərdə həyata keçirilən irimiqyaslı tikinti layihələri daha da sürətlənəcək. Gəncənin icməli su kanalizasiya sistemləri yenidən qurulur. 5 mərhələdə həyata keçirilən layihə 50 milyon avro dəyərindədir. Bu ilin sonuna kimi 30-a yaxın küçəyə asfalt döşənəcək. Şəhərin Nizami Gəncəvi prospektinin yenidən qurulmasına başlanılacaq. Bunlarla yanaşı 3 otelin inşası davam etdirilir. Gəncəçayın sol sahilində aparılan abadlıq işləri sürətləndirilir.

    Görüşdə ərazidə yaşayan sakinlər onlara göstərilən diqqətə yaradılan şəraitə görə dövlət başçısına şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

    «Gəncənin səsi»

     

     

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:58

İsmarıclar bağlıdır.