Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 03Дек

    Gəncədə 3 Dekabr — Beynəlxalq Əlillər Günü qeyd edilib. UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi tərəfindən təşkil olunan tədbir “İnsanlığa hörmət” adlanıb. Mərkəzdən bəhrələnən uşaq və yeniyetmələr əlilliyin bariyer olmadığını bir daha nümayiş etdiriblər.

    Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən  bəhrələnən uşaqlar və Mərkəzin “İncəsənət” dərnəyinin üzvləri iştirak eidblər. Onlar bir-birindən maraqlı çıxışlarla tamaşaçıların alqışlarını qazanıblar. Tamaşaçılara müxtəlif musiqili kompozisiyalar, “Qırmızı papaq” nağılı, işarət dili ilə mahnı və  müxtəlif şeir parçaları təqdim edilib. 

    Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova bildirib ki, bu cür tədbirlərin təşkilində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə qazandırmaqdır. “Biz göstərmək istəyirik ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da digər tipik uşaqlar kimi, bu cəmiyyətə yararlı fərd olaraq yetişə bilərlər. Bunun üçün onlara düzgün istiqamət vermək, onlarla işləmək və dəstək olmaq lazımdır. Onlara hörmət etmək lazımdır. Bəzən xüsusi qayğıya ehtiyacı olan insanların ünvanına “fiziki qüsurlu”, “xəstə” kimi ifadələr səsləndirilir. Lakin bu düzgün deyil. Hər kəs əlilliyi olan şəxslərə hörmətlə yanaşmalı, onlara dəstək olmalıdır”, — deyə Rəzalə Abbasova qeyd edib.

    Tədbirdə Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən bəhrələnən idmançılar da öz məharətlərini nümayiş etdiriblər. Əli və Nurlan Babacanov qardaşlarının çıxışları xüsusi rəğbət və gür alqışlarla qarşılanıb.

    Qeyd edək ki, “Gəncəmizi tanıdaq” adlı tədbir “Gəncə Avro-Analitik Məlumat Mərkəzi”, “Əlil İnsanlar üçün Mərkəz” (Gürcüstan) və UAFA tərəfindən birgə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində reallaşıb. Layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı Gərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilir.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:20

İsmarıclar bağlıdır.