Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,439
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 14Фев

    Arzu Rəhimov Göygöl rayonunda Gəncə, Naftalan və Mingəçevir şəhərlərindən, həmçinin Goranboy, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

    Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun keçirilən qəbulda SHXÇDX-nin rəis vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib.

    Qırx nəfərin iştirak etdiyi qəbulda vətəndaşlar əsasən, SHXÇDX-nə həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə əlaqədar müraciət ediblər.

    Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

    Yaşar Nəbiyev

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:34

İsmarıclar bağlıdır.