Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,350
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 14Мар

    Gəncə şəhər 2 saylı poliklinikanın tibbi briqadası Gəncə Dövlət Universitetinin II tədris binasında tələbə vəəllimləri müayinədən keçiriblər. Səhər saatlarından başlanılan aksiyada təxminən 300-ə yaxın müəllim və tələbə iştirak edib.

    Gəncə şəhər 2 saylı poliklinikanın baş həkiminin müavini Ramidəİsmayılova bildirib ki, aksiyanın məqsədi əhalinin sağlamlığının qorunması, tibbi müayibələrə daha çox insanın cəlb edilməsidir: “Aksiya zamanı universitetin həyətində xüsusi avtomobildə ağciyərin rentgen müayinəsi təşkil edilib. Bununla yanaşı tələbə vəəllimlərə qızılca əleyhinə peyvənd vurulub”.

    GDU-nun humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətliyeva qeyd edib ki, tələbə vəəllimlərin sağlamlığının qorunması istiqamətində aparılan işlər olduqca əhəmiyyətli və təqdirəlayiqdir:  “Tələbə vəəllimlərin flüoqrafik müayinədən keçirilməsi isə xüsusi ilə əhəmiyyətlidir. Bu müayinə insan orqanizmində gizlin gedən proseslərin aşkar edilməsi baxımından olduqca önəmlidir”.

    Müayinədə iştirak edən tələbə vəəllimlər nəticələri iki gündən sonra Gəncə şəhər 2 nömrəli poliklinikadan öyrənə biləcəklər.

    Qeyd edək ki, bu cür aksiyalar may ayına kimi mütəmadi olaraq təşkil ediləcək.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:17

İsmarıclar bağlıdır.