Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 27Мар

    Hər il martın 27-i Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

    Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.

    Teatrın vətəni qədim Yunanıstandır. Bu söz də yunan sözüdür, "tamaşa yeri" mənasını verir. Yunanıstanda qədim zamanlarda şərabçılıq ilahı (yəni allahı) Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilərdi. Tamaşaçılar isə yamacda yer tutub otururdular. Təpənin ətəyində yunanca "skena" adlanan çadır qurulurdu. Burada aktyorlar paltarlarını dəyişirdilər. Sonralar çadır əvəzinə kiçik bina tikdilər. Tamaşa vaxtı burada dekorasiyalar asırdılar. Binanın qarşısında aktyorların və xorun çıxış etməsi üçün meydança — orkestra düzəldirdilər. Beləliklə, e.ə. V əsrdə Yunanıstanda teatr binaları tikməyə başladılar.

    Qədim yunanlar teatrı çox sevir, onu "böyüklər üçün məktəb" adlandırırdılar. Tamaşalar yarış səciyyəsi daşıyırdı. Aktyorlar tamaşanın məzmununa uyğun maskalar taxırdılar. Parlaq rəngli maskaları ən arxa cərgələrdə belə oturanlar yaxşı görürdülər. Aktyorlar səhnədə hündür görünməkdən ötrü qalın altlığı olan xüsusi ayaqqabılar geyirdilər. Qadın rollarını da kişilər oynayırdılar. Hər il iki-üç teatr tamaşası göstərilir və hər tamaşa üç gün səhərdən axşamadək davam edirdi.

    Qədim yunan əfsanələri teatra olduqca zəngin mövzu verirdi. Əfsanələr əsasında tragediyalar adlanan pyeslər yaranırdı. "Tragediya" sözü yunanca "keçilər mahnısı" deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi, çox vaxt isə ölmələri təsvir olunurdu. İlk tragediyaları "faciənin atası" adlandırılan Esxil yazmışdır. Esxillə bir dövrdə yaşamış digər faciə ustası olan Sofokl "Antiqona" tragediyasının müəllifdir.
    Gülm
    əli səhnəciklərdən şən və məzəli pyeslər — komediyalar yarandı. "Komediya" yunan sözü olub, "şən sakinlərin mahnısı" mənasını verir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya tamaşaçıların rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyesəllifinə və ən yaxşı aktyorlara verirdi. Onlar çələnglə və qiymətli hədiyyələrlə mükafatlandırılırdılar. Pyes müəllifləri son dərəcə böyük hörmətə malik idilər. Afina teatrında Esxilə və Sofokla heykəl qoymuşdular. Onları "müdriklik dahiləri" adlandırırdılar. Aristofan teatrın rolunu belə qiymətləndirirdi: "Müəllimlər oğlanlara ağıl öyrətdikləri kimi, şairlər də böyükləri tərbiyə edirlər".

    Teatr sonralar qədim Romada, Şərq ölkələrində — Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq YUNESKO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:46

İsmarıclar bağlıdır.