Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,439
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 15Апр

    Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla və İnstitutun əməkdaşları ilə görüşüb. Rektor Yusif Yusibov Gəncə Dövlət Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Professor Yusif Yusibov Gəncə Dövlət Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.

    Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Gəncə Dövlət Universitetində baş tutan görüşdən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsi ilə İnstitut arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verən C.Məmmədov xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

    Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması, iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrəəllim mübadiləsinin formaları, yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili barədə müzakirələr aparılıb.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:49

İsmarıclar bağlıdır.