Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 19Апр

    Universitetin baza müəssisəsi olan Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Samirə Zeynalovanın “Milli kinolarımız” mövzusunda sınaq dərsi olub.

    Məktəbin 8-ci sinif şagirdləri üçün keçirilən dərsdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev, metodist müəllim Gülnaz Məmmədova, orta məktəbin ingilis dili müəllimi Səadət İsrafilova və təcrübəçi tələbələr iştirak ediblər.

    Təcrübəçi tələbə “Ögey ana”, “Bir qalanın sirri,” “Qaraca qız” kimi Azərbaycan filmlərindən sınaq dərsi üçün hazırladığı əyani vəsaiti, həmçinin Azərbaycanın məşhur aktyorları – Rasim Balayev, Nəcibə Məlikova, Leyla Bədirbəyliyə aid video çarx şagirdlərə nümayiş etdirib. Mövzuda kinolardan bəzi səhnələr şagirdlərə ətraflı izah olunub. Dərs müasir təlim texnologiyalarından geniş istifadə edilməklə tədris olunub.

    Sonda sərs metodist müəllimlər tərəfindən təhlil olaraq təcrübəçi tələbəyə metodiki məsləhətlər verilib.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:10

İsmarıclar bağlıdır.