Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 518
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 07Июл

    Niyə öldürdülər, de, səni axı?

    O körpə canına necə qıydılar?

    İki yaşlı qızın nəymiş günahı -

    Aparıb soyuq bir qəbrə qoydular!

    Dağları, düzləri sevirdin, yəqin,

    Qaçırdın otluqda ayağıyalın…

    Zərif izlərini kim sildi sənin -

    O hansı cəlladdı, o hansı zalım?!

     

     

     

    Heç mavi dənizdə çimmişdinmi sən,

    Durub baxmışdınmı uçan quşlara?

    İndi hara qaçaq dərdin əlindən,

    Kim bizi qərq etdi göz yaşlarına?

    Cəllad gülüşüylə durub yaxından

    Tutdular gülləyə, qurşuna səni;

    Sənsə köçüb getdin şirin yuxuda…

    İlahi, Sən Özün bağışla məni!

    Sıxır ürəyimi, sıxır bu ağrı -

    Bu yara heç zaman sağalan deyil!

    Nədən o körpəyə qıydınız axı?

    Axı neyləmişdi sizə o tifil?

    Bağışla məni ki, deyildik tanış!

    İndi bütün ölkə yas tutub sənə…

    Həyat yollarında addım atmamış

    Uçdun mələk kimi uca göylərə!

    Niyə öldürdülər, de, səni axı?

    Nə cavab verəcək zalım, nə üzlə?

    Solan çiçəklərin nədir günahı

    O bircə qarışlıq məzarın üstdə…

     

     Leyla ƏLİYEVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:23

İsmarıclar bağlıdır.