Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Июн

    Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də bayram namazı qılınıb. Bayram Namazı şəhərin “İmamzadə” ziyarətğahı və bütün məscidlərində eyni vaxtda səhər saat 08:00 da başlayıb.

    Bayram namazından sonra isə şəhərin “İmamzadə” ziyarətğahı,  “Şah Abbas Cümə”, “Şahsevənlər”, “Qazaxlar”, “Qırıxlı”, “Böyük bağbanlar” və “Bala bağban” məscidlərində möminlər üçün çay süfrəsi açılıb. Bayram süfrəsi Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun şəxsi təşəbbüsü ilə təşkil olunub. Belə ki, şəhər rəhbərinin göstərişi ilə “İmamzadə” ziyarətğahı və bütün məscidlərə çay süfrəsinin təşkili üçün müxtəlif növ şirniyyatlar paylanıb.

    Xatırladaq ki, ən mütəşəkkil şəkildə keçirilən bayramlarından olan Ramazan bayramı Azərbaycanda ayın görünməsindən asılı olaraq, Miladi təqvimi ilə iyunun 5-nə düşür. Azərbaycan hökumətinin qərarına əsasən, 5, 6 iyun tarixləri bayram hesab edilir.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:54

İsmarıclar bağlıdır.