Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,647
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 11Июн

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kiqboksinq üzrə peşəkar döyüşçü, K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədovu qəbul edib. Səmimi söhbət şəraitində keçən görüşdə Azərbaycanda idmanın inkişafı üçün atılan addımlardan söz açılıb, bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub.

    Niyazi Bayramov qeyd edib ki, Gəncə 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu daşıyır. İl ərzində şəhər müxtəlif yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcək. O həmçinin bildirib ki, Gəncədə böyük idman sarayının inşası davam etdirilir. İdman sarayı və ərtafında salıcanaq idman şəhərciyi bu sahənin inkişafına böyük təkan olacaq.

    Zabit Səmədov Gəncədə idman sarayı və şəhərciyinin inşasını təqdirəlayiq hal kimi qiymətləndirib. Avropanın İdman Şəhəri seçilməsini isə Gəncənin uğuru hesab edib. Peşəkar döyüşçü Gəncədə idmanın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlardan danışıb. Söhbət bu mövzu ətrafında aparılan müzakirələrlə davam edib.

    Səbuhi Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:41

İsmarıclar bağlıdır.