Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,959
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 12Июн

    Gəncədə Uşaq Gənclər İnkişaf Mərkəzinin 2018-2019-cu tədris ilinin yekun hesabat tədbiri keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova, “Gənclər Evi”nin direktoru Amil Qurbanov, ictimaiyyət nümayəndələri, şagird və valideyinlər iştriak ediblər.

    Tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində təşkil olunana sərgi ilə başlayıb. Sərgidə yaradıcılıq mərkəzinin yetirmələrinin maraqlı rəsmləri,  müxtəlif dekorativ əl işləri nümayiş etdirilib.  Həmçinin sərgi zamanı “Azərin” rəqs qrupunun ifasında maraqlı   “Flashmob” təqdim olunub. UGİM-də fəaliyyət göstərən muzeyə baş çəkən qonaqlar,  burada dərnək üzvülərinin fərdi sərgisi ilə də tanış olublar.

    Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbirin bədii hissəsi başlayıb.

    Tədbirdə çıxış edən UGİM-in direktoru Sevinc Ələkbərova iştirakçıları salamlayaraq bildirib ki Uşaq Gənclər İnkişaf Mərkəzinin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabilliyətinin inkişafı üçün şərait yaratmaq və onların asudə vaxtlarını səmərəli  təşkil etməkdir. Mərkəzdə müxtəlif dərnəklərin fəaliyyətindən danışan Sevinc Ələkbərova  bura Gəncə ilə yanaşı ətraf rayonlardan da şagirdlərin  müraciət etdiyini qeyd edib. Şagirdlərin əsasən rəsm, rəqs, modelyer-dizayn, bədii qiraət dərnəklərinə müraciət etdiyini vurğulayan direktor bu yolda onlara daim dəstək duracaqlarını iştirakçıların nəzərinə çatdırıb.

    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxışında uşaqlara göstərilən dövlət  qayğısından danışıb. Bildirib ki, uşaqların istedadlarının inkişaf etdirilməsi baxımından  bu cür mərkəzlərin fəaliyyəti olduqca önəmlidir. “Burada hər bir gənc öz üzərində çalışaraq bacarıqlarını təkmilləşdirir. Bu gün burada nümayiş olunan əl işləri, rəqslər, musiqilər  bir daha  uşaqlarımızın, gənclərimizin yüksək potensiala sahib olduğunu sübut edir”, — deyə xanım müavin vurğulayıb. Sonda Vəfa Abbasova  hər bir iştirakçıya uğurlar, işlərində müvəffəqiyyətlər arzu edib.

    Tədbir Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında  mahnı və rəqslər nömrələrilə davam edib.

    Sevda Abbasova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:23

İsmarıclar bağlıdır.