Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 711
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Сен

    Müqəddəs Qurban bayramı münasibətilə Gəncə şəhərinin yeddi müxtəlif ərazisində qurbanlıq heyvanlar kəsilərək Qarabağ əlilləri, qaçqın, məcburi köçkünlərə, şəhid və aztəminatlı ailələrə paylanıb. Gəncə şəhər İcra Hakimiyyətinin təşkil etdiyi qurbankəsmə aksiyasında 25 baş iribuynuzlu, 1080 xırdabuynuzlu heyvan kəsilərək 16 mindən artıq ailəyə paylanılıb.
    Heyvanların baytar sanitar tələblərə uyğun şəkildə kəsildiyini qeyd edən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev bildirib ki, şəhər rəhbərliyi tərəfindən ayrılmış xüsusi yerlərdə heyvanların diri satışı və kəsimi təşkil olunub. Baytar həkimlər tərəfindən bütün kəsim nöqtələrinə nəzarət olunduğunu deyən Bayandur Rzayev xüsusi vurğulayıb ki, idarə bayramla bağlı gücləndirilmiş iş rejimində çalışır.
    Bundan başqa bir sıra müəssisə və təşkilatlar da fərdi qaydada qurbanlar kəsib. Qurban payları siyahı əsasında tək-tək sahiblərinə çatdırılıb. Qurban payı alan insanlar bu müqəddəs gündə onları yada salan və bayram payı ilə sevindirən hər kəsə minnətdarlıqlarını bildiriblər

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:23

İsmarıclar bağlıdır.