Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 711
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 05Сен

    Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb və bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. 2017-ci ildə 3 respublika tabeli şəhərdə 14 kənd rayonunda torpaqların elektron uçota alınması işinin yekunlaşdırılması planlaşdırılır. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət keyfiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda keçirilən regional forumda bu haqda məlumat verilib. Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Məlumatda deyilir ki, sistemin rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi üçün imkanlar yaradacaq. Hər bir torpaq sahəsi onun üzərindəki daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyyatı prosesini sadələşdirəcək.
    Torpaq uçotu işlərinin yekununda kənd təsərrüfatı istehsalatının ərazi üzrə düzgün planlaşdırılması, eroziya, sürüşmələr kimi proseslərin düzgün qiymətləndirilməsi, habelə torpaqların mənfi təsirlərdən qorunması məqsədi ilə layihələndirmə işlərinin aparılması üçün imkanlar yaradılacaq. Tərtər rayonunda torpaq uçotu işlərinin 2018-ci ildə yekunlaşması nəzərdə tutulur.
    Qeyd edək ki, artıq 12 rayonda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə, bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:27

İsmarıclar bağlıdır.