Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,778
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 19Июл

    Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

    DİM-dən AZƏRTAC-a bildirilib ki, "Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

    Nəzərinizə çatdırırıq ki, II və III ixtisas qrupunda müsabiqədə iştirak hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar imtahanın nəticələri elan edildikdən sonra çap olunacaq.

    Abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. İxtisasların siyahısı "Abituriyent” jurnalının 4 nömrəli buraxılışında verilib. Jurnalda, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların kodları, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib.

    DİM abituriyentlərin nəzərinə çatdırır ki, 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları da "Abituriyent” jurnalının 2019-cu il 2-ci nömrəsində və "2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARI” xüsusi buraxılışında dərc edilib. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

    Xatırladaq ki, qeyd olunan vəsaitləri aşağıda göstərilən ünvanlarda yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

    -Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;

    -Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

    "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər” bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödənişli əsasda əldə etmək mümkündür: (http://eservices.dim.gov.az/ejurnal).

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:06

İsmarıclar bağlıdır.