Gəncə Şəhər İcra Hakimiyyətinin başçıs Niyazi Bayramov vətəndaşları qəbul edib. Qəbulda sakinlərin problemləri dinlənilib, onların araşdırılması və aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar arasında işlə təmin olunmağı, qəzalı vəziyyətdə olan ümumi həyət evinin təmirini, inşası yarımçıq qalmış evinin tamamlanmasına köməklik göstərilməsini istəyənlər olub. Müraciətlər arasında mavi yanacaq və su ilətəminatla bağlı məsələlər də yer alıb.
Niyazi Bayramov sakinlərin şikayət və təklifləri tək-tək dinləyib. Dilə gətirilən əksər problemlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Fərruxə Umarova